Polisin avtomobilini çəkicləyən şəxsdən narkotik çıxdı – YENİ FAKTLAR

Ötən gün Bakıda yol polisinin avtomobilini çəkiclə əzən şəxs barəsində cinayət işi başlanıb. Avtosfer.az xəbər verir ki, bu barədə Nərimanov rayon Polis İdarəsindən apa-ya verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanaraq icraata verilib.
Polisdən həmçinin bildirilib ki, hadisəni törədən Şahin Bəylərov saxlanılarkən onun üzərində narkotik vasitə də aşkarlanıb.
Məlumata görə, Ş.Bəylərov hadisəni törədərkən sərxoş olub və polis avtomobilinə 30 min manatdan çox ziyan vurub. Ş.Bəylərov ilkin ifadəsində törətdiyi hadisəni müxtəlif səbəblərlə izah etməyə çalışıb:
“Şahin Bəylərov məsuliyyətdən yayınmaq üçün bir-birinə zidd müxtəlif səbəblər göstərib. Belə ki o, ifadələrindən birində yol polisi əməkdaşının onu təhqir etdiyini, məhz bu səbəbdən də onun avtomobilini əzdiyini deyib. Lakin polis əməkdaşı Şahin Bəylərovu ümumiyyətlə, tanımadığını, onların arasında hər hansı bir söhbətin olmadığını bildirib”.
Qeyd olunub ki, Ş.Bəylərovun psixi durumunda problemlərin olduğu qaçılmazdır. Həkim müayinəsindən sonra bu məsələyə də aydınlıq gətiriləcək.
Xatırladaq ki, dünən saat 14.15 radələrində Bakıda Heydər Əliyev Mərkəzinin yaxınlığında Şahin Mail oğlu Bəylərov çəkiclə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə məxsus BMW markalı, “99 YP 423” dövlət qeydiyyat nişanlı avtomobili əzib. Nəticədə maşına ciddi ziyan dəyib.
Hadisəni törədən Ş.Bəylərov saxlanılıb.
DYP-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə ÇAĞIRIŞ
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO












