“Polisin həyata keçirdiyi tədbirlər vətəndaşların təhlükəsizliyinə xidmət edir”

"Razin tolkuçkası" kimi tanınan Bakıxanov Ticarət Mərkəzinin fəaliyyətinə Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının süni şəkildə əngəl yaratması, giriş-çıxışı məhdudlaşdırması ilə bağlı daxil olan məlumatdan səhər saatlarında bəhs etmişdik. Bu barədə deyilənlərə aydınlıq gətirmək üçün Moderator.az olaraq DİN-nin Mətbuat Xidmətinin əməkdaşı, polis polkovnik-leytenantı Orxan Mansurzadə ilə əlaqə saxladıq. Polisin ticarət mərkəzinin fəaliyyətinə süni şəkildə maneə yaratması ilə bağlı səslənən iddiaların əsassız olduğunu vurğulayan O.Mansuzadə son vaxtlar ərazidə nəqliyyatın normal fəaliyyətini, habelə, piyadaların təhlükəsizliyini təmin etmək, qanunsuz küçə ticarətinin qarşısını almaq üçün Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən bir sıra tədbirlər həyata keçirildiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, görülən tədbirlər tıxacların yaranmasını əngəlləmək, vətəndaşları bədbəxt hadisələrdən qorumaq məqsədi daşıyır və ticarət mərkəzinin fəaliyyətinə hər hansı şəkildə maneçilik yaratmır:
“Polis əməkdaşları heç də iddia olunduğu kimi, Bakıxanov Ticarət Mərkəzinə giriş-çıxışı məhdudlaşdırmayıb. Sadəcə, “Razin bazarı”nın önündə qanunsuz küçə ticarəti və nəqliyyat vasitələrinin qanunsuz park edilməsinə qarşı polis əməkdaşları reydlər həyata keçirib ki, bu tədbirlər də əsasən xəbərdarlıq, profilaktik mahiyyət daşıyıb.
Sözügedən ərazidə nəqliyyatın düzgün park edilməməsi nəticəsində tıxaclar yaranır ki, bu da qəzaların, bədbəxt hadisələrin baş verməsinə səbəb olur. Məsələn, elə dünən bu ərazidə “Daewoo” markalı bir avtobusla azyaşlı uşaqla anası vurulub. Yol-nəqliyyat hadisəisndən sonra hər iki şəxs ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Bu cür hadisələrin olmaması üçün polis əməkdaşları tərəfindən gərəkli addımlar atılır və nəticədə hazırda həmin ərazidə həm nəqliyyatın, həm də vətəndaşların sərbəst, təhlükəsiz hərəkəti təmin edilib, tıxac aradan qaldırılıb. Görülən tədbirlərlə bağlı adıçəkilən ticarət mərkəzinin rəhbərliyi də məlumatlandırılıb.
Polis əməkdaşları hər zaman qanunsuz küçə ticarətinə və nəqliyyat vasitələrinin qeyri-qanuni park edilməsinə qarşı reydlər həyata keçirirlər. Qayda-qanuna, yol hərəkəti qaydalarına əməl etməyənlərə qarşı bundan sonra da müvafiq ölçülər götürüləcək”.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












