Polisin papağını yerə saldılar – DYP postunda əlbəyaxa dava- VİDEO

İyulun 28-də Bakı-Şamaxı yolunda polis əməkdaşı ilə sürücü arasında əlbəyaxa dava olub. Bu barədə Avtosfer.az-a hadisə şahidləri məlumat veriblər. Bildirilir ki, 90 PC 329 dövlət nömrə nişanlı avtomobildən taksi kimi istifadə edən sürücü iki xanım müştəri ilə Bakıya gələrkən Müşfiq postuna çatmağa az qalmış dövlət nömrə nişanları yerində olmayan «Toyota» markalı avtomobildə olan polis əməkdaşı onu saxlatdırıb. Şahidlər bildirir ki, «Toyota»da olan polis işıqları yandırıb-söndürdüyü üçün taksi sürücüsü ona kömək lazım olduğunu zənn edərək maşını saxlayıb. Polis əməkdaşı qəflətən sürücüyə hücum çəkərək onu niyə ötdüyünü soruşub və sənəd istəyib. Bu zaman tərəflər arasında mübahisə yaranıb. Polis əməkdaşı sürücünü yerə yıxaraq döyüb. Sürücü Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng etmək istəyərkən polis əməkdaşı onun mobil telefonunu əlindən alaraq yerə çırpıb və sındırıb. Sürücü polis əməkdaşından hansı əsasla onu saxladığını, yol polisi ola-ola onun sürücünü nədən saxlatdırdığını soruşduqda polis əməkdaşı tələb edib ki, «gedək postda səni başa salacam». Bundan sonra onlar Müşfiq postuna gəliblər.
Avtosfer.az-a təqdim olunan videodan da görünür ki, postdakı yol polisi əməkdaşları hadisəyə heç bir müdaxilə etmir, sürücüdən sənəd istəmir. Burada da həmin nömrəsiz avtomobildəki polis əməkdaşı səs-küy salaraq sürücüyə qarşı təzyiq göstərir. Onlar hətta bir-birini itələyərkən polisin papağı yerə düşür. Sürücü buradan 102-yə zəng edərək məlumat verir. Sərnişinlər polis əməkdaşından hansı əsasla nömrəsiz maşın sürdüyünü soruşduqda o, «nömrələrim düşüb, gedirəm ərizə yazmağa» deyə, cavab verir.
Əldə etdiyimiz məlumata görə, həmin polis əməkdaşının adı Nəsimidir. Baş leytenant rütbəsində olan Nəsimi Binəqədi rayon Polis İdarəsinin əməkdaşıdır. Lakin bəzən boş vaxtlarında işini-gücünü atıb yollarda sürücülərə qarşı belə qondarma işlərlə məşğul olur…
Elmin
Vaqif Əsədov jurnalistləri təbrik etdi – FOTO
Sürücülük vəsiqəsi ilə bağlı qaydalar dəyişdi – DİN-dən yeni qərar - FOTO
Azərbaycanda cərimə balları silindi - Sonra isə...
Polisin kişilərə qarşı diskriminasiyası
İsmayıllıda motosiklet “Opel”i 2 yerə böldü - DYP-dən AÇIQLAMA - VİDEO
Yol polisi sürücülərə çağırış etdi
Sürücü hərəkətə başlamazdan əvvəl sərnişinə xəbərdarlıq etməlidir – DYP-dən ÇAĞIRIŞ
Vilayət Eyvazov Şuşada slovakiyalı həmkarı ilə görüşdü - FOTOLAR
Yol polisi nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi
Yol polisimiz Rusiyada yarışa qatılıb MDB birincisi oldu - VİDEO
Özbəkistanda yol polisi “Damas”a 20 uşaq mindirən sürücünü cərimələdi












