Polisin qadın müstəntiqi - FOTO

Bu gün daxili işlər orqanlarında cinayətkarlığa qarşı mübarizədə, asayişin və təhlükəsizliyin qorunmasında kişi həmkarları ilə bərabər qadın əməkdaşlarımız da üzərilərinə düşən vəzifələri layiqincə yerinə yetirir və fədakarlıqlar nümayiş etdirirlər. Qürurverici hissdir ki, bu gün qadınlar daxili işlər orqanları kollektivinin mühüm bir hissəsini təşkil edir və müəyyən istiqamətlər üzrə təkanverici qüvvəyə çevrilmişlər. Sevindirici haldır ki, bu qadınların hər biri gözəl xanım, ana olmaqla yanaşı, həm də vətənimiz Azərbaycanın qoruyucusudur. Onların bayramı ərəfəsində həmsöhbət olduğum Mətanət Həşimova da güclü iradəsi ,vətənpərvərliyi və fədakarlığı ilə seçilən əməkdaşlarımızdandır. O, 1998-ci ildən Balakən Rayon Polis Şöbəsində Post Patrul Xidmətində polis nəfəri kimi xidmət etməyə başlayıb. Sonradan DİN-in Polis Akademiyasında aldığı təhsildən sonra bir sıra vəzifələrdə -yetkinlik yaşına çatmayanlarla profilaktiki işlərin təşkili qrupunun, kadrlar qrupunun inspektoru kimi xidmətini davam etdirib. 2015-ci ildən etibarən isə RPŞ-də müstəntiq kimi çalışır.
M.Həşimova gərgin iş rejiminin olmasına baxmayaraq ailəsinə də vaxt ayırmağı yaddan çıxarmır. Söhbət əsnasında gülümsəyərək –“ Ailə qurduğum insan da yaxşı ki, polis əməkdaşı olub. O, mənim işimi daha yaxşı başa düşür və anlayışla qarşılayır- deyir. 2 oğul anası olan M.Həşimova onların təhsilinə xüsusi diqqət yetirir, vaxt tapıb dərslərinə də köməklik edir. Ən böyük arzusu isə vətənə, xalqa sədaqətlə xidmət edən övladlar yetişdirməkdir.
Beynəlxalq Qadınlar Günü münasibətilə M.Həşimovanın timsalında bütün xanımlarımızı təbrik edir, çətin , lakin çox şərəfli işlərində uğurlar arzulayırıq
Mahir Məsimov,
DİN Mətbuat Xidmətinin əməkdaşı
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












