Polisin "saxla" əmrinə əməl etməyən “Kamaz” sürücüləri saxlanıldı - VİDEO

Baş DYP İdarəsinin YPX Alayının əməkdaşları tərəfindən yükdaşıma qaydalarını pozduqlarına görə “Saxla” işarəsi verilən 36-BK-066, 36-BM-066 və 99-XT-941 dövlət qeydiyyat nişanlı “Kamaz” markalı yük avtomobillərinin sürücüləri, Biləsuvar rayon sakinləri - Qalib Ağayev, Elman Məmmədov və Pərvin Bayramov polisin qanuni tələbinə tabe olmayaraq hərəkətlərini davam etdiriblər.
DİN-in Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, görülən tədbirlər nəticəsində avtomobillər saxlanılıb. Araşdırma zamanı məlum olub ki, hər üç sürücü nəqliyyat vasitəsini icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla idarə etdiklərinə görə polisin qanuni tələbinə tabe olmayaraq yayınmağa çalışıblar.
Bununla bağlı sürücülər barəsində qanunvericiliyə uyğun protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.
Yol polisi həftəsonu səfərə çıxan sürücülərə müraciət etdi
Yol polisi uşaqların suallarını cavablandırdı; qəzalara qarşı mübarizədən danışıldı - FOTO
Yol polisindən İLK - Avtobus sürücülərinə elə görüntülər göstərildi ki... - VİDEO
Sürücülər arasında ən çox rast gəlinən 5 təhlükəli vərdiş - DYP AÇIQLADI
Daxili Qoşunların yaranmasının 34-cü ildönümünü ilə bağlı tədbir keçirildi - FOTO - VİDEO
Yol polisinin işi asanlaşır - Dayanma-durmaya görə cərimə qaydası dəyişir
Daxili Qoşunlar – 34 il dövlətə sədaqət, xalqa xidmət - VİDEO
Piyadaları maşın vurdu - Yol polisi "London" taksisi ilə xəstəxanaya çatdırdı - VİDEO
Qanuna DƏYİŞİKLİK: Cərimə meydançasına ödənilən məbləğ hansı hallarda geri qaytarılacaq?
DYP qeyri-iş günləri ilə bağlı sürücülərə müraciət etdi
DİN-də 4134 qadın əməkdaş xidmət edir - İsmət Əliyev










