Polislər idman yarışında yüksək nəticələr göstərdi - FOTOLAR

Ulu öndər Heydər Əliyevin 94 illiyinə həsr olunmuş daha bir yarış Naxçıvanda keçirilib. Pauerliftinq üzrə beynəlxalq turnirdə ölkəmizlə yanaşı xarici ölkələrin də ən güclü idmançıları baş mükafat uğrunda mübarizə aparıblar. Yarışda iştirak edən 5 qat dünya və Avropa çempionu, İsmayıllı RPŞ-nin əməkdaşı, polis baş serjantı Kamil Qafarov çəkisi 90 kiloqramadək olan idmançılar arasında benç-press hərəkətini yerinə yetirərkən 200 kiloqram ştanqı sinədən qaldırmaqla turnirin qalibi olub.
Çəkisi 125 kiloqramadək olan idmançılardan 7qat dünya və 4 qat Avropa çempionu, Samux RPŞ-nin əməkdaşı, polis kapitanı Rüfət Ağayev çəkisi 125 kiloqramadək olan idmançılar arasında üç hərəkətin cəmində 1055 kiloqram, Səbail Rayon Mühafizə İdarəsinin əməkdaşı, polis baş serjantı Razim Hüseynov isə ən ağır çəki dərəcələrində 955 kiloqram nəticə göstərərək baş mükafata sahib olublar.
Azərbaycan Televiziyia və Radio Verilişləri QSC-nin Mühafizə Şöbəsinin əməkdaşı, polis serjantı Roman Əhmədov isə çəkisi 82 kiloqramadək olan idmançılar arasında yarışıb, ikinci yeri tutub.
Zeyni Hüseynov,
DİN Mətbuat Xidmətinin əməkdaşı,
polis serjantı
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
















