Polislər və əsgərlər ağac əkdilər - tədbirə generallar da qatılıb - FOTOLAR

Azərbaycan Prezidenti İlham Əliyevin ekoloji mühitin, xüsusi ilə yaşıllıqların mühafizəsi ilə bağlı tapşırıq və tövsiyələrinə, həmçinin artıq formalaşmış ənənəyə uyğun olaraq, Daxili İşlər Naziriyinin rəhbərliyi və şəxsi heyəti, eləcə də Daxili Qoşunların hərbi qulluqçuları ulu öndərin anadan olmasının 94-cü ildönümü münasibəti ilə mayın 9-da Suraxanı rayonu ərazisindəki yaşıllıq massivində növbəti ağacəkmə kampaniyası keçiriblər. DİN-in mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları hələ 2010-cu ildə sözügedən 5 hektarlıq sahədə Abşeron yarımadasının iqlim şəraitinə daha uyğun və dözümlü, dekorativ cəhətdən yaraşıqlı Eldar şamları və zeytun ağacları əkiblər. Tədbir zamanı isə ağaclara aqrotexniki qaydada qulluq göstərilib, ərazi alaq otlarından təmizlənərək budama və suvarma işləri aparılıb, ağacların küləkdən qorunması və normal böyümələri üçün qoruyucu dirəklər basdırılıb. Bundan əlavə, sözügedən sahədə abadlıq və təmizləmə işləri görülərək boş qalmış yerlərə əlavə olaraq 600 ədəd yeni Eldar şamının tingləri əkilib.
Daxili işlər orqanlarının əməkdaşları ətraf mühitin qorunması, ekoloji vəziyyətin daha da yaxşılaşdırılması məqsədi ilə bundan sonra da ağacların əkilməsi və onlara qulluq göstərilməsi işini davam etdirəcəklər.
Elmin
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ














