Polislər yaralını həyata qaytardılar – Qan verdilər

Fevralın 14-də axşam saatlarında Ağdaş Rayon Polis Şöbəsinin Növbətçi hissəsinə bir nəfərin güllə yarası ilə rayon Mərkəzi Xəstəxanasına gətirilməsi barədə məlumat daxil olub. Bu barədə dərhal RPŞ-nin rəisi, polis polkovniki Rasim Mustafayevə məruzə olunub. Rəisin göstərişi ilə əməliyyat qrupu iki istiqamətdə yollanaraq araşdırmalara başlayıb. Hadisə baş verdiyi ünvana gedən əməkdaşlar zərərçəkmiş Sadiq Şaxmuradovun ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində açılmış atəş nəticəsində ağır yaralanmasını müəyyən ediblər.
Xəstəxanaya yollanan RPŞ-nin İstintaq bölməsinin baş müstəntiqi, polis mayoru Azad Məmmədov yaralının çoxlu qan itirməsi səbəbindən vəziyyətinin kritik olduğunu öyrənib. Həkimlərin dediyinə görə, onun həyatını xilas etmək üçün təcili qan lazım idi. Amma lazım olan miqdarda qanı gecədən xeyli keçmiş Mingəçevirdəki regional Qan Bankından gətirilənə qədər çox vaxt aparacaqdı. Polis mayoru Azad Məmmədov, polis serjantı Elvin Eminovla birlikdə qan qruplarının yaralının qanı ilə uyğunluğunu öyrənib, onun həyatını xilas etmək üçün özləri qan vermək qərarlarını həkimlərə bildirirlər.
Artıq əməliyyat olunan S.Şaxmuradovun vəziyyəti yaxşılaşıb.
Doğmaları, qohumları yaralının həyatını təhlükədən xilas edən polislərə minnətdarlığını bildirir.
Elə eşidib-bilənlər də hər zaman çətinə düşəndə polisə güvəndiklərini deyirlər.
Xəyalə Məmmədova,
DİN Mətbuat Xidmətinin əməkdaşı
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












