Polislərə elektrik və hibrid avtomobillər verilib - FOTO

Yaponiya hökuməti qrant müqaviləsi əsasında Gürcüstanın Daxili İşlər Nazirliyinə (DİN) “Mitsubishi” markalı 45 hibrid və 51 elektrik avtomobil təqdim edib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, hibrid avtomobillər Tbilisi patrul polisinə, elektromobillər isə DİN-nin müxtəlif departamentlərinə paylanacaq. Avtomobillərin təqdim olunması mərasimində çıxış edən Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili ölkənin uğurunun polisin fəaliyyətinin uğurundan çox asılı olduğunu deyib: “Polis sistemində bir sıra yenilik və planların həyata keçirilməsi nəzərdə tutulub. Əminəm ki, onlar uğurla həyata keçiriləcək”.
Daxili işlər naziri Giorgi Qaxariya isə deyib ki, Gürcüstan polisinin fəaliyyətini daha effektiv etmək üçün islahatlara başlanıb: “Yaponiya hökuməti tərəfindən təqdim olunmuş avtomobillər polis xidmətinin keyfiyyətini artıracaq”.
Tədbirdə Gürcüstan parlamentinin üzvləri, Tbilisi meri, Yaponiyanın Gürcüstandakı səfiri və digər rəsmi şəxslər iştirak edib.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
















