Reklam

Polislərə geyim forması ilə bağlı yeni xəbər

Yol polisi 3 Aprel 2016 11:41 Oxunub 2691
Polislərə geyim forması ilə bağlı yeni xəbər
WhatsApp kanalımıza abunə ola bilərsiniz
DİN əməkdaşlarının geyim formasına dair yeni qaydalar təsdiqlənib

Nazirlər Kabineti Daxili İşlər Nazirliyinin (DİN) rəis və sıravi heyətinin geyim forması və fərqlənmə nişanları ilə təmin edilməsinə dair yeni Qaydaları və normaları təsdiq edib. Avtosfer.az-ın məlumatına görə, bununla əlaqədar “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəis və sıravi heyətinin geyim formasının və fərqlənmə nişanlarının verilmə Qaydalarının, normalarının və istifadə müddətlərinin təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin 2006-cı il 20 dekabr tarixli qərarı ləğv edilib. Müəyyən edilib ki, DİN-nin dövlət büdcəsindən maliyyələşdirilən qurumlarının rəis və sıravi heyətinin geyim forması və fərqlənmə nişanları ilə təminatı dövlət büdcəsində DİN-nin saxlanılması üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilir. DİN-nin rəis və sıravi heyətinin geyim forması və fərqlənmə nişanları ilə təmin edilməsi Qaydalarına əsasən DİN-nin dövlət büdcəsindən maliyyələşməyən qurumlarının rəis və sıravi heyətinin geyim  forması və fərqlənmə nişanları ilə təminatı həmin qurumların vəsaiti hesabına DİN-nin dövlət büdcəsindən maliyyələşən qurumlarının rəis və sıravi heyətinin geyim forması və fərqlənmə nişanları ilə təmin edilməsi normalarına uyğun olaraq həyata keçirilir. DİN-nin rəis və sıravi heyətinin geyim forması və fərqlənmə nişanları ilə təmin edilməsi normaları əsasında tərkibində təchizat struktur bölmələri olan daxili işlər orqanlarında hesabat-sifarişlər hazırlanır. Daxili işlər orqanları tərəfindən təqdim olunan hesabat-sifarişlər araşdırılır, onların əsasında anbarlardakı əmlaklar da nəzərə alınmaqla, DİN-nin Təchizat İdarəsi  tərəfindən DİN-nin yekun təchizat sifarişi ilə bağlı növbəti il üçün proqnozu tərtib edilir. Geyim formaları və fərqlənmə nişanları alınıb müvafiq qaydada uçota götürüldükdən sonra, daxili işlər orqanlarının hər bir əməkdaşı üçün açılmış fərdi armatur vərəqəsi əsasında müvafiq məxaric sənədləri hazırlanır. Həmin məxaric sənədləri əsasında əməkdaş xidmət etdiyi daxili işlər orqanı tərəfindən geyim forması ilə təmin edilir.

Fərqlənmə nişanları - poqonlar, qol nişanları, kokardalar, qalstuk sıxacları, forma düymələri, emblemlər, ulduzlar, palıd yarpaqları, serjant lenti, furajka kəməri, “M” hərfi və yaxa nişanları şəxsi heyətə geyim formaları ilə birlikdə verilir. Daxili işlər orqanlarının şəxsi heyətinin geyim formasının və digər inventar əmlakının qorunmasına və istifadə qaydalarına riayət olunmasına nəzarət DİN-nin Təchizat İdarəsi tərəfindən həyata keçirilir. DİN-nin əməkdaşına xüsusi rütbə verildikdə və ya onun xidmət sahəsi dəyişdirildikdə, həmin əməkdaşa verilmiş, lakin istifadə müddəti bitməmiş geyim forması verilmiş xüsusi rütbəsinə uyğundursa və ya dəyişilmiş xidmət sahəsində istifadə olunan geyim formasından xarici görünüşünə və rənginə görə fərqlənmirsə, əvvəllər verilmiş geyim formasından istifadə edilmə müddəti davam etdirilir və həmin əməkdaş verilmiş xüsusi rütbəsinə müvafiq poqon və fərqlənmə nişanları ilə təmin edilir. Əks halda, əməkdaş verilmiş xüsusi rütbəsinə və ya xidmət sahəsinə müvafiq geyim forması ilə təmin olunur. DİN-nin rəis və sıravi heyətinin əməkdaşları qeyri-standart bədən ölçülərinə malik olduqda, DİN-nin Nazirliyinin Təchizat İdarəsi tərəfindən verilmiş geyim forması orderi əsasında onlara həmin İdarənin tikiş emalatxanasında geyim formasının fərdi tikilişi sifariş olunur. Bu geyim formasının tikilməsinin dəyəri həmin ildə daxili işlər orqanlarının əməkdaşlarının qanunvericiliklə müəyyən edilmiş qaydada geyim forması ilə təmin olunması üçün müəyyən edilmiş qiymət əsasında tərtib etdiyi müvafiq sənədlərə uyğun olaraq Təchizat İdarəsi tərəfindən ödənilir. Geyim formasının və fərqlənmə nişanlarının istifadə müddəti bitdikdən sonra əməkdaşlar yeni geyim əmlakı ilə təmin olunurlar. Xidmətkeçmənin xüsusiyyətləri nəzərə alınmaqla, daxili işlər orqanlarının müvafiq struktur bölmələrinin xüsusi rütbəsi olan əməkdaşlarına geyim formasının əvəzinə DİN tərəfindən Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilmiş qaydada pul kompensasiyası ödənilir. Daxili işlər orqanlarından xaric edilmiş əməkdaşlardan istifadə müddəti bitməyən geyim əmlakının dəyəri icra qeydlərinə əsasən mübahisəsiz qaydada tutulur.

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh