Polislərin sağlamlığının keşiyində duran cəfakeş həkim - FOTO

DİN-in Tibb İdarəsinin həkim-okulisti Reyhan Zülfüqarova polis əməkdaşlarının sağlamlığının keşiyində duran cəfakeş həkimlərimizdəndir. Özü də nə az, nə çox, ömrünün düz 42 ilini bu müqəddəs peşəyə həsr edib. Bu illərdə yüzlərlə, minlərlə xəstəyə şəfa verib, necə deyərlər, gözündən, görməsindən şikayəti olan əməkdaşların dərdinə əlac edib. Xəstələrin gözlərinə həm də qəlbinin duyğusuyla, ürəyinin nuru ilə məlhəm qoyub. Polis peşəsini, polis əməkdaşlarının işinin ağırlığını, gərəkliyini ailədən görüb, dəyərləndirib. Bəlkə yox, elə həqiqət budur ki, uşaq vaxtlarında bu peşə sahiblərinin sağlamlığının, güclü, dözümlü olmasının cəmiyyət üçün nə qədər dəyərli, əhəmiyyətli olduğunu görüb, qiymətləndirib.
Atası - polis polkovniki, görkəmli hüquqşünas Ərzuman Əhməd oğlu Zülfüqarov daxili işlər orqanlarında şərəf və ləyaqətlə xidmət edib, uzun illər Cinayət Axtarışı İdarəsinin rəisi olub, onun dəyərli fəaliyyəti, zəngin təcrübəsi gənc əməliyyatçıların, hüquqşünasların yetişməsində kitab kimi, dərslik kimi xüsusi önəm daşıyıb.
O, qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı, öz sənətini sevən həkimdir. Müqəddəs peşə sahibidir.
Qızı Aysel də anasının, atasının, babasının yolunu davam etdirir, DİN-in 1 saylı Poliklinikasında həkim-allerqoloqdur.
Qısa söhbətimizdə aldığımız təəssürat, qazandığımız bilgi bu qədər. Sonda Reyhan xanımın bir tövsiyyəsini də istədik. Elə təcrübəli həkim kimi öz dili ilə deyək: "Xəstəlik gəlməmiş sağlamlığınızın qədrini bilin"...
Xəyalə Məmmədova,
Zeyni Hüseynov
DİN Mətbuat Xidmətinin əməkdaşları
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ














