Postda yol polisinin üzərinə maşın sürən sürücü həbs edildi - VIDEO

Dünən Avtosfer.az saytında stasionar postda yol polislərinin üzərinə yük avtomobilini sürən sürücü barədə video verilmişdi. Bu video Avtosfer.az və sosial şəbəkələrdə yayıldıqdan Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma başladılıb və sürücü saxlanılıb. Məlum olub ki, “Mercedes” markalı yük avtomobilini idarə edən Laçın rayon sakini Novruzov Əlisultan Ələmşad oğludur. O mal-qara daşıdığı həmin yük avtomobili ilə Bərdə rayonu istiqamətində hərəkətdə olarkən yol polisi əməkdaşları tərəfində "saxla" işarəsi verilib, lakin sürücü polisin əmrinə tabe olmayaraq hərəkəti davam etdirib. DYP-nin stasionar postunda dayanan yol polislərini aldadaraq və onlardan birinin üzərinə avtomobili sürərək dayanmadan hərəkəti davam etdirib. Onu təqib edən patrul avtomobilinə də qəza şəraiti yaradıb, hətta polis maşınının üzərinə sürüb. Lakin polis əməkdaşlarının səyi nəticəsində onun idarə etdiyi avtomobil saxlanılıb. Məlum olub ki, maşında xeyli sayda mal-qara var. Yol polisləri humanistlik edərək mal-qaranın lazimi ünvana çatdırılmasına şərait yaradıblar. Bu gün o mal-qaranı Bakıya çatdırıb və polis əməkdaşlarının müşayiəti ilə Binəqədi rayon Məhkəməsinə aparılıb. Məhkəmədə yol polisinin kamera görüntüləri və Avtosfer.az saytında yayımlanan video məhkəməyə təqdim edilib. Məhkəmənin qərarı ilə sürücü Əlisultan Novruzov İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsinə əsasən avtoxuliqanlıqda təqsirli bilinərək 15 gün inzibati həbs edilib və sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb.
Orxan
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ














