"Prius"la avtoxuliqanlıq edərək əmrə tabe olmayan sürücü saxlanılıb - RƏSMİ - VİDEO

Yol polisi 15 Oktyabr 2024 11:21 Oxunub 1108
"Prius"la avtoxuliqanlıq edərək əmrə tabe olmayan sürücü saxlanılıb - RƏSMİ   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Sabirabadda avtoxuliqanlıq edən sürücü yol polisi tərəfindən müəyyən olunub.

Avtosfer.az-ın məlumatına görə, 77-DZ-169 dövlət nömrə nişanlı “Toyota Prius” markalı avtomobilin sürücüsü Əbülfəz Suanverdiyev Sabirabad rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Sürücü yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq digər hərəkət iştirakçılarının həyat və sağlamlığına təhlükə yaratdığı üçün ona "saxla" işarəsi verilib. Lakin Ə.Suanverdiyev əmrə tabe olmayaraq maşını idarə etməyə davam edib. Görülən tədbirlər nəticəsində həmin şəxs saxlanılıb və sürücünün nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə etdiyi məlum olub. Ə.Suanverdiyev barəsində protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə təqdim olunub. Məhkəmənin qərarı ilə sürücü cərimə olunub.

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh