Prospektdə tıxac yarandı, yol polisi sürücülərin köməyinə gəldi - VİDEO

Yol polisi 12 Dekabr 2022 12:18
Prospektdə tıxac yarandı, yol polisi sürücülərin köməyinə gəldi   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Avomobildə yaranmış nasazlıq yolda tıxaca səbəb olub. Avtosfer.az xəbər verir ki, hadisə paytaxtın Babək prospektində baş verib. Belə ki, 99-OB-333 qeydiyyat nişanlı “Volkswagen” markalı avtomobilin mühərrikində nasazlıq yarandığı üçün yolun hərəkət hissəsində qalıb. Ərazidə xidmət aparan Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə məxsus 99-YP-446 qeydiyyat nişanlı YPX avtomobilinin ekipajı əraziyə gələrək köməksiz vəziyyətdə qalan sürücüyə yardım edib. Polis əməkdaşı avtomobili itələyərək yoldan kənara çıxarıb və yolda yaranmış tıxacı aradan qaldırıb.

Təbriz

Oxunub : 3268
ŞƏRH YAZ
Ad

E-mail

Şərh