Banner

Qabağı göydə “VAZ”larla şou: Toy karvanındakı sürücülər yerindəcə SAXLANILDI - VİDEO

Yol polisi 25 Noyabr 2025 11:00 Oxunub 814
Qabağı göydə “VAZ”larla şou: Toy karvanındakı sürücülər yerindəcə SAXLANILDI   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Gəncə şəhərində kobud qayda pozuntusuna yol verən sürücülər saxlanılıb.

Hadisə barədə məlumatı sürücülərdən biri sosial şəbəkə hesabında paylaşıb. Belə ki, toy karvanında hərəkət edən konstruksiyası dəyişdirilmiş “VAZ” markalı avtomobillərin sürücüləri yolboyu təhlükəli manevrlər edərək digər hərəkət iştirakçıları üçün real təhlükə yaradıblar.

Yayılan görüntülərlə bağlı DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Avtosfer.az-a bildirilib ki, polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində “VAZ-2107” və “VAZ-21173” markalı avtomobillərin sürücülərinin nəqliyyat vasitələrinə qanunsuz konstruksiya dəyişiklikləri etdikləri və təhlükəli manevrlərə yol verdikləri müəyyən edilib.

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh