Qadın polis müstəntiqi yol qəzasında öldü - YENİLƏNİB

Neftçalada 1 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Salyan-Neftçala avtomobil yolunun Xıllı qəsəbəsindən keçən hissəsində qeydə alınıb. Neftçala rayon polis şöbəsinin müstəntiqi, polis mayoru, 1958-ci il təvəllüdlü Məlahət Mehdiyeva idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən “Kamaz” markalı avtomobillə toqquşub. Avtomobil alovlanmağa başlayıb. Hadisə yerinə FHN-nin Neftçala yanğından mühafizə hissəsinin yanğınsöndürən maşını və təcili yardım maşını cəlb edilib. Qəza nəticəsində “Mercedes”sin sürücüsü sıxılmış vəziyyətdə qaldığından sükan arxasında dünyasını dəyişib. Yolun kənarına aşan “Kamaz”ın sürücüsü, Salyan sakini, 1989 –cu il təvəllüdlü Əliyev Nahid Zəkulla oğlu və salondakı sərnişin, Bakı sakini, 1963-cü il təvəllüdlü Məmmədov Qabil Hüseyn oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Neftçala rayon xəstəxanasına yerləşdiriliblər. Hazırda meyitin avtomobildən çıxarılması istiqamətində tədbirlər həyata keçirilir.
Fövqəladə Hallar Nazirliyi Neftçalada 1 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası ilə bağlı rəsmi məlumat yayıb. Bildirilir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Neftçala rayonu, Xıllı qəsəbəsində “Mercedes” markalı minik avtomobili ilə “Kamaz” markalı yük avtomobilinin toqquşması haqqında məlumat daxil olub. Dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Qəza nəticəsində minik avtomobilinin sürücüsü, 1958-ci il təvəllüdlü Məlahət Mirzəağa qızı Mehdiyeva vəfat edib və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb. Nazirliyin Muğan Regional Mərkəzinin xilasediciləri tərəfindən M.Mehdiyevanın cəsədi avtomobildən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 22:55-də başa çatıb.
Fidan
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ













