Banner

Qadın sərnişinə əxlaqsız təkliflər edən sürücü HƏBS EDİLDİ - FOTO

Yol polisi 2 Fevral 2026 16:00
Qadın sərnişinə əxlaqsız təkliflər edən sürücü HƏBS EDİLDİ   - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Xanım sərnişinə əxlaqsız təkliflər edən sürücü saxlanılıb.

Avtosfer.az-ın əldə etdiyi məlumata görə, hadisə Saatlı rayonu ərazisində baş verib. Saatlı Rayon Polis Şöbəsinə müraciət edən şikayətçi evə gedmək üçün əyləşdiyi taksi sürücüsünün yol boyu ona əxlaqsız təkliflər etdiyini deyib.

Şikayətlə bağlı araşdırmalar aparılıb və sürücü, 23 yaşlı O.Məhərrəmov saxlanılaraq polis şöbəsinə gətirilib. Onun barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib. 

Məhkəmənin qərarı ilə O.Məhərrəmov 8 sutka inzibati qaydada həbs edilib.

Nərmin

Oxunub 860
ŞƏRH YAZ
Ad

E-mail

Şərh