Qadının maşınından 12 minlik oğurluq etdi - Oğrunu DYP yaxaladı

Binəqədi rayonu Ə.Naxçıvani küçəsindəki evlərdən birində yaşayan Alla Nukradzeyə məxsus “Toyota” markalı avtomobildən şüşəni sındırmaq yolu ilə 12000 manat dəyərində kosmetoloji avadanlıqlar naməlum şəraitdə oğurlanıb. DİN-dən Avtosfer.az-a daxil olan xəbərə görə, Binəqədi Rayon Polis İdarəsi (RPİ) 5-ci Polis Bölməsi (PB) əməkdaşlarının həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində oğurluq hadisəsinin Zəngilan rayon sakini Araz Əmiraslanov tərəfindən törədildiyi müəyyən edilib. Bakı Şəhər Baş Polis İdarəsi Təhlükəsiz Şəhər Xidməti əməkdaşları tərəfindən qeyd edilən şəxsin idarə etdiyi “Mersedes” markalı avtomobillə Qaradağ rayonu ərazisində hərəkətdə olması müəyyənləşdiriləndən sonra bu barədə Baş Dövlət Yol Polisi İdarəsi, Binəqədi RPİ 5-ci PB məlumat verilib. Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində oğurluq hadisəsini törətməkdə şübhəli bilinən A.Əmiraslanov idarə etdiyi avtomobillə birlikdə saxlanılıb. Avtomobilin yük yerinə baxış zamanı onun oğurladığı əşyalar aşkar olunaraq götürülüb. Saxlanılan şəxsin ətraflarında həyata keçirilən əlavə əməliyyat-istintaq tədbirləri nəticəsində onun bu ilin sentyabr ayı ərzində Binəqədi rayonu ərazisində daha 13 nəqliyyat vasitəsinin şüşəsini sındıraraq mobil telefon, pul və digər qiymətli əşyalar oğurladığı məlum olub.
Qeyd edilən faktla bağlı Binəqədi RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.
Elmin
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ














