Qanunsuz sərnişin daşıyanlar tutuldu - FOTO - VİDEO

Karantin qaydalarını kobud şəkildə pozaraq, bölgələrdən paytaxta sərnişinlərin hərəkətinə şərait yaradan daha bir neçə sürücü polis əməkdaşları tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, həyata keçirilən əməliyyat nəticəsində taksi fəaliyyəti ilə məşğul olan vətəndaş Anar Nəsibov və sərnişini Elşən Vahabov tutulublar.
Araşdırma zamanı sürücünün paytaxt qeydiyyatında olmayan bu şəxsi Bakı-Şamaxı yolundakı karantin postundan qeyri-qanuni yolla keçirərək, paytaxta gətirdiyi müəyyən edilib.
Polis əməkdaşlarının keçirdikləri daha bir tədbir zamanı isə Bakı-Ələt yolundakı karantin postundan qanunsuz olaraq paytaxt qeydiyyatında olmayan sərnişinləri keçirən daha dörd taksi sürücüsü saxlanılıb. Tədbir zamanı həmin sürücülər - Əhmədağa Fərəcov, Tofiq Həsənov, Rəşadət Hümbətov və Vasif İsmayılov tutularaq Polis İdarəsinə gətiriliblər.
Araşdırma zamanı onların müvafiq olaraq Cəlilabad, Tovuz, Ağdam rayonları və Mingəçevir şəhərindən Bakıda qeydiyyatda olmayan sərnişinlər gətirdikləri və bununla da xüsusi karantin qaydalarını pozduqları sübuta yetirilib.
Saxlanılan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati protokollar tərtib edilib. Onlar haqqında toplanan materiallar hüquqi qiymət verilməsi üçün məhkəmə orqanlarına göndərilib.
Daxili İşlər Nazirliyi karantin qaydalarını pozaraq, bölgələrdən paytaxta və əks istiqamətdə qanunsuz yolla sərnişin daşıyan sürücülərə bir daha xəbərdarlıq edərək, onlardan Nazirlər Kabineti yanında operativ qərargahın tətbiq etdiyi bütün qaydalara riayət etməyi tələb edir. Əks halda həmin sürücülər polis əməkdaşları tərəfindən müəyyən edilərək barələrində ciddi intizam tədbirləri görüləcəkdir.
DYP tərəfindən avtovağzalda maarifləndirici görüş keçirildi - VİDEO
Balakəndə avtoxuliqan sürücü saxlanıldı – 23 sutka həbs edildi - FOTO
Polislər yanan binanın sakinlərini belə xilas etdi – ANBAAN VİDEO
Yol polisi piyadaların vurulması görüntülərini yaydı - Ölümə addımlayanlar - VİDEO
Bayram günlərində avtomobillərini texniki müayinədən keçirmək istəyənlərin NƏZƏRİNƏ!
DİN və FHN tonqal qalayanlara XƏBƏRDARLIQ ETDİ - Bu qaydalara ƏMƏL EDİN! - VİDEO
Vilayət Eyvazov sıra baxışı keçirdi: 129 nəfər növbəti mərhələyə buraxıldı - FOTO - VİDEO
Yol polisi piyadalara qarşı hərəkətə keçdi - Həftə sonu 3 piyada öldü - VİDEO
Yol polisi həftəsonu səfərə çıxan sürücülərə müraciət etdi
Yol polisi uşaqların suallarını cavablandırdı; qəzalara qarşı mübarizədən danışıldı - FOTO
Yol polisindən İLK - Avtobus sürücülərinə elə görüntülər göstərildi ki... - VİDEO










