Qarlı havada yol polisinin fədakarlığı - VİDEO

Dünən Bakıya yağan qar yollarda hərəkəti çətinləşdirdi, bəzi küçələrdə sıxlıq yarandı və təbii ki, saatlarda yolda qalan sürücülər oldu. Eyni zamanda, piyadalar da hərəkət zamanı çətinliklərlə üzləşdilər. Belə anlarda həm sürücülərin, həm də piyadaların köməyinə yol polisləri gəldi.
Avtosfer.az-ın əməkdaşları da paytaxtın bir neçə nöqtəsində yol polisinin fəaliyyətini əks etdirən görüntüləri toplayaraq oxuculara təqdim edir ki, onlara stimul olsun. Bu görüntülərin bəzilərini oxucular göndərib. Yəqin ki, onlar da yol polisinin bu ağır işini təqdir etmək üçün çəkiliş aparıblar. Bu görüntülərdə yol polislərinin zəhməti tam olaraq əksini tapıb. Onlar qarlı-şaxtalı havada əzmkarlıqla xidmət apararaq hərəkət işitrakçılarına köməklik göstərdilər. Yolda qalan maşınları itələyən, yolu keçə bilməyən piyadalara kömək edən, sürüşkən yolları müəyyən edərək qum və duz səpilməsini təmin edən, yolayrıclarında sıxlığın qarşısını almaq üçün hərəkəti tənzimləyən məhz yol polisləri idi. Hətta iş o yerə çatmışdı ki, Bakı şəhər DYP-nin rəhbər şəxsləri də küçədə hərəkəti tənzimləməklə məşğul idi. Onlar yollara qum səpmək üçün ağır texnikalara əyləşərək şəxsən özləri həmin ünvanlara aparırdılar.
Yolda qalan sürücülərə kömək edərkən onlara qarlı havada hərəkətlə bağlı tövsiyyələr də verirdilər. Hətta yol polisi sıralarında yenicə xidmətə başlayan gənc əməkdaşın sürücülərə və piyadalara kömək etməyi qürurla «bu bizim işimizdir» deməsi də təqdir olunası haldır. Onun da qeyd etdiyi kimi, bəzi təcrübəsiz sürücülər olmasa, yəni, belə havalarda yola çıxmasalar hərəkətin təşkili ilə bağlı problem yaranmaz.
Belə çətin şəraitdə xidmət aparmaqdan yorulmayan yol polislərinin saatlarla küçədə açıq havada qalıb hərəkət iştirakçılarına köməklik göstərməsi heç də adi bir iş deyil. DİN rəhbərliyinin göstərişi ilə onlar uzunboğaz rezin çəkmələr və sukeçirməyən geyimlə təmin olusalar da, isti maşında yol gedən hansısa sürücü heç yarım saat da onların yerində olmaq istəməz və ya ola bilməz.
Hər bir şalda Avtosfer.az bu çətin və məsuliyyətli işin öhdəsindən gələn bütün yol polislərinin əməyini yüksək qiymətləndirir və onlara uğurlar diləyir. Onların bu cür ağır şərtlər altında xidməti təqdir olunmalıdır.
Elməddin Muradlı
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ




















