"Ekologiya postu"nda qayda pozan piyadalarla profilaktiki söhbətlər aparılıb - VİDEO
Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət üzrə Yol Patrul Xidməti Bölüyünün inzibati binasında Baş İdarənin şöbə rəisi, polis mayoru Rövşən Tağıyev yol hərəkəti qaydalarını pozan piyadalarla maarifləndirici söhbətlər aparıb.
Şöbə rəisi son zamanlar piyada vurulması ilə nəticələnən yol nəqliyyat hadisələrinin sayının çoxalmasının ciddi narahatlıq doğurduğunu, piyada vurma hadisələrinin çoxunun məhz piyada keçidlərindən kənarda qeydə alındığını vurğulayıb.
Belə xoşagəlməz halların baş verməməsi üçün piyadalara küçə və yolları nəzərdə tutulan yerlərdən keçmək, nizamlanan və ya nizamlanmayan piyada keçidlərindən istifadə edərkən yoldakı sürət həddini, hərəkətin intensivliyini, hava və görmə şəraitini, sürücülərin nəqliyyat vasitəsini dayandıra bilib-bilməyəcəyini nəzərə almaq, sutkanın qaranlıq vaxtı xüsusilə diqqətli olmaq, yaxınlaşmaqda olan avtomobillərin sürətini düzgün qiymətləndirərək onların tam dayandığına, sürücülərin sizə yol verdiklərinə əmin olduqdan sonra hərəkətə başlamaq, ictimai nəqliyyatı gözləyərkən və ya ona minib-düşərkən ehtiyatlı olmaq, həmçinin qəflətən avtomobil yoluna çıxmamaq, yolu keçərkən mobil telefondan, eləcə də ətrafdakı avtomobillərin səsini vaxtında eşitmək üçün qulaqlıqdan istifadə etməmək, azyaşlı uşaqları yollarda nəzarətsiz qoymamaq tövsiyyə olunub.
Sonda piyadalara yol hərəkəti qaydalarına riayət olunması ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən hazırlanan maarifləndirici bukletlər paylanılıb.
Vilayət Eyvazov Qəbələdə vətəndəş qəbulu və sıra baxışı keçirəcək - FOTO
DYP-dən sükan arxasında telefonla oynayan sürücülərə XƏBƏRDARLIQ – VİDEO
Yollar buz bağlayacaq - DYP-dən hava xəbərdarlığı
Salyanda “avtoş”luq edən sürücü HƏBS OLUNDU + VƏSİQƏSİ ALINDI - FOTO
Keçən il yol nəqliyyat hadisələrinin sayı azalıb – Nazirdən AÇIQLAMA
Vilayət Eyvazov kollegiya iclasında polisə ciddi tapşırıqlar verdi - "Çevik reaksiya verin" - FOTO
Abşeronda əyləci çəkib “şou” göstərən sürücü cərimələndi + vəsiqəsiz qaldı - VİDEO
Polis gücləndirilmiş rejimdə xidmətini davam etdirir - VİDEO
Bakıya qar yağır, bu yollarda hərəkət çətinləşdi - Yol polisi tədbirlər görür - FOTO - VİDEO
Əlverişsiz hava və yol şəraiti ilə bağlı DYP-dən ÇAĞIRIŞ
20 Yanvarla bağlı bu küçələrdə hərəkət məhdudlaşdırılacaq - DYP











