Qayda pozan xanım sürücü yol polisini belə şantaj etdi - Polis susdu - VİDEO
Yol polisi 24 Noyabr 2022 12:44 Oxunub 3268
Qayda pozan xanım sürücü yol polisini belə şantaj etdi  - Polis susdu - VİDEO

Sosial şəbəkələrdə xanım sürücünün yol polisini ittiham edərək videoya çəkməsi barədə məlumat yayılıb. Avtosfer.az xəbər verir ki, görüntülərdə təhlükəsizlik kəməri taxmadığı üçün YPX əməkdaşının xanım sürücüyə cərimə yazması əks olunur. Bundan qəzəblənən sürücü isə digərlərini də saxlayıb onlara da eyni cəriməni tətbiq etməyi inspektordan tələb edir. Bütün bunları videoya çəkən sürücü isə sonda sanki DYP əməkdaşlarını şantaj edir. Yol polisləri isə xanımın bu hərəkətlərinə heç bir reaksiya verməyib və təxribata məruz qalmamaq üçün susqun qarşılayıblar.

Bakə şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Avtosfer.az-a bildirib ki, məsələdən xəbərdardırlar və müvafiq araşdırma aparılır. O, bildirib ki, yol hərəkəti qaydasını pozub daha sonra məsuliyyətdən yayınmaq üçün polisi videoya çəkməklə onu qanuni işindən yayındırmaq məqsədilə qanuni tələblərə və insani keyfiyyətlərə uyğun olmayan lüzumsuz müzakirələr aparmaq və sonda qanun keşikçisini nüfüzdan salmağa hesablanmış addımlar yolverilməzdir. "Əslində bu videoya baxan hər bir normal düşüncəli insan anlayır ki ortada qayda pozuntusu var. Polis öz qanuni işini görür, sürücü isə məsuliyyətdən yayınmağa cəhd edir. Çox təəssüf hissi ilə bildirirəm ki, kimlərsə qanunların, qaydaların olmasını, lakin həmin qaydaların özündən kənarda olmasını arzu edirsə, bu düşüncə tərzi bizim sivil cəmiyyət olaraq inkişafımızı ləngidə və nəticədə nizam-intizamın, təhlükəsizliyin yüksək səviyyədə qorunması üçün görülən işlərə xələl gətirə bilər. Hər kəsin müsbətə doğru dəyişməsi üçün ilk öncə özündən başlaması gərəklidir. Bu videoda səslənən fikirlərdəki kimi isə yox. Gəlin, qaydaları pozmamağın, cərimə olunmamağın sağlam və təhlükəsiz yaşamaq üçün vacib olduğunu təbliğ edək. Onda dünyadakı hansısa sivil nümunələri misal çəkmiyəcəyik, özümüz kimlərəsə nümunə olacağıq."

 

Leyla

ŞƏRH YAZ
Ad

E-mail

Şərh