Qazaxda məktəblilər yol polisinin qonağı olub - FOTO

Qazaxda məktəblilər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinə ekskursiya ediblər.
DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, burada şagirdlərə yol polisinin xidməti fəaliyyəti, sürücülərin və piyadaların rahat, təhlükəsiz hərəkəti üçün görülən işlər barədə məlumat verib. Məktəblilər növbətçi hissə, xidməti otaqlarla da tanış ediliblər, burada onları maraqlandıran suallar cavablandırıldıqdan sonra ekskursiya rayon ərazisində davam etdirilib. Şagirdlər burada YPX-nin xidməti avtomobilləri ilə yaxından tanış olublar, avtomobillərdə quraşdırılan sistem barədə onlara məlumat verilib. Əyani olaraq rayon ərazisindəki piyada keçidlərindən, işıqfordan istifadə qaydaları, eləcə də digər yol hərəkəti qaydaları izah olunub. Sonda azyaşlılara yollarda diqqətli olmaları tövsiyə edilib.
Küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edildi - FOTO
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO














