Qəfil manevrlərdən çəkinin! - DYP-dən sürücülərə xəbərdarlıq

Hazırda paytaxtda, eləcə də respublikanın bəzi bölgələrində müşahidə olunan yağışlı hava şəraiti yol hərəkəti iştirakçıları üçün əlavə çətinliklər yaradır, yol örtüyünün sürüşkənliyini artırır və görmə məsafəsini məhdudlaşdırmaqla yol-nəqliyyat hadisələrinin başvermə riskini yüksəldir.
Bu barədə Avtosfer.az-a BDYPİ-dən bildirilib.
"Baş Dövlət Yol Polisi İdarəsi sürücülərdən hava şəraitini düzgün qiymətləndirməyi, idarəetmə zamanı sürət həddinə ciddi riayət etməyi, ara məsafəsini normadan artıq saxlamağı, nəqliyyat vasitələrinin texniki sazlığını daim nəzarətdə tutmağı və qəfil manevrlərdən çəkinməyi xahiş edir.
Bildiririk ki, əlverişsiz hava şəraitində diqqətli, intizamlı və səbrli davranış hər bir hərəkət iştirakçısının təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Bu səbəbdən sürücüləri yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırırıq", - deyə İdarənin məlumatında bildirilir.
Vəsiqəsiz və nömrəsiz maşınla avtoxuliqanlıq etdi – HƏBS OLUNDU - VİDEO
DYP əlverişsiz hava şəraiti ilə bağlı xəbərdarlıq etdi
Daxili işlər naziri Sumqayıtda vətəndaş qəbulu və sıra baxışı keçirəcək - FOTO
Sükan arxasında telefondan istifadə etməyin! - DYP-dən XƏBƏRDARLIQ
“Yanlış qərar bir ailənin həyatını dəyişə bilər” - Rövşən Tağıyev
Təcrübənizə güvənib bu səhvi etməyin – DYP-dən XƏBƏRDARLIQ - VİDEO
Şəmkirdə 5 nəfərin öldüyü QƏZA: Rövşən Tağıyev sürücülərə səsləndi
Azərbaycanlı uşaqlar Qazaxıstanda yol hərəkəti ilə bağlı biliklərini nümayiş etdirir - FOTO
Yol polisi qayda pozan piyadaların qorxunc görüntülərini YAYDI - ANBAAN VİDEO
Təhlükəli manevrdən çəkinin: Həyatınızı riskə atmayın - DYP-dən XƏBƏRDARLIQ - VİDEO
DYP piyadalara müraciət ETDİ












