Qəfil vəziyyətlərə hazır olun! - DYP-dən XƏBƏRDARLIQ

Baş Dövlət Yol Polisi İdarəsi payız mövsümünün başlaması ilə bağlı sürücülərə müraciət edib.
Bu barədə Avtosfer.az-a BDYPİ-dən məlumat verilib.
Bildirilib ki, payız mövsümündə yağıntı, duman və külək yol şəraitinə təsir göstərərək sürücülər və piyadalar üçün əlavə risklər yaradır:
"Görmə məsafəsinin azaldığı, yol örtüyünün sürüşkən olduğu belə şəraitdə ehtiyatsız davranış və qayda pozuntuları ağır nəticələrə səbəb ola bilər. Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri hava və yol şəraitinə uyğun təhlükəsiz sürət seçməyə, nəqliyyat vasitələri arasında ara məsafəsini qorumağa, qəfil əyləcləmədən və təhlükəli manevrlərdən çəkinməyə çağırır. Piyada keçidlərinə, yolayrıclarına və təhsil müəssisələrinin ətrafına yaxınlaşarkən sürət əvvəlcədən azaldılmalı, piyadaların hərəkətinə xüsusi diqqət yetirilməlidir".
Bildirilib ki, sürücülər səfərdən əvvəl nəqliyyat vasitələrinin texniki sazlığını yoxlamalı, xüsusilə şüşəsilənlərin, xarici işıq cihazlarının və əyləc sisteminin saz vəziyyətdə olmasına diqqət yetirməlidirlər. Təkərlərin mövsümə və yol şəraitinə uyğunluğu da təhlükəsiz hərəkətin vacib şərtlərindəndir.
Qeyd edilib ki, piyadalar da yollarda diqqətli olmalı, yolu yalnız müəyyən edilmiş yerlərdən keçməli, hərəkətə başlamazdan əvvəl yolun hər iki istiqamətini nəzərdən keçirməli və yaxınlaşan nəqliyyat vasitələrinin məsafəsini düzgün qiymətləndirməlidirlər. Məhdud görünmə şəraitində diqqəti yayındıran davranışlardan, o cümlədən yolu keçərkən mobil telefondan istifadə etməkdən çəkinmək vacibdir.
"Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarını dəyişkən hava şəraitini nəzərə almağa, yol hərəkəti qaydalarına əməl etməyə və təhlükəsizlik məsələsində məsuliyyətli davranmağa çağırır", - müraciətdə qeyd edilib.
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO
DYP bayramla əlaqədar səfər edəcək sürücülərə müraciət etdi - VİDEO












