Qəhrəmanlıq və şəhidlik salnaməsi – 25 il

“Son illər ərzində Daxili Qoşunlar Azərbaycanda sürətlə inkişaf etmişdir, çox yüksək səviyyədə peşəkarlıq var, vətənpərvərlik var. Bu, bizim üçün çox böyük nailiyyətdir”. Möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin bu qiymətli fikirləri Daxili Qoşunların fəaliyyətinə verilən ən yüksək qiymət kimi qəbul edilməlidir.
Daxili İşlər Nazirliyinin Daxili Qoşunları şərəfli tarix, qürur duyulası xidməti - döyüş salnaməsi yaradıb. Artıq 25 ildən çoxdur ki, o, üzərinə düşən çətin və məsuliyyətli vəzifələri uğurla yerinə yetirir. Daxili Qoşunlar ona həvalə olunmuş vəzifələri layiqincə yerinə yetirməklə şəxsiyyətin, cəmiyyətin və dövlətin mənafeyini, vətəndaşların konstitusiya hüquqlarını və azadlıqlarını cinayətkar və digər hüquqazidd qəsdlərdən qoruyur. Ölkəmizin dövlət müstəqilliyinin və ərazi bütövlüyünün müdafiəsində Daxili Qoşunların hərbi qulluqçularının müstəsna xidmətləri var. Bu qəhrəmanlar dəstəsinin fədakar övladları Vətən uğrunda şəhid olub, həyatlarını, sağlamlıqlarını qurban veriblər.
DİN-in bu mübariz, öncül tərkib hissəsi günümüzdə də fədakar xidmətini davam etdirir, ona olan inamı gecəli-gündüzlü peşəkar xidməti ilə doğrultmağa çalışır.
“Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunları-25” kitabı bu zəngin qəhrəmanlıq yolunun təcəssümü, qısaca tarixi salnaməsidir.
Yüksək poliqrafik standartlara uyğun şəkildə hazırlanmış kitab az qala bir qərinəlik xidməti-döyüş fəaliyyətinin ən parlaq məqamlarını əks etdirir.
Daxili Qoşunların keçdiyi şərəfli yoldan bəhs edən kitabda zəngin arxiv materiallarına, sənədlərə, çoxşaxəli tədqiqat işlərinin nəticələrinə istinad edilib, ümummilli lider Heydər Əliyevin xüsusi diqqət və qayğısı ilə formalaşıb inkişaf etməsi, yüksək döyüş hazırlığı olan peşəkar və mobil quruma çevrilməsinin ayrı-ayrı inkişaf inkişaf mərhələləri, Vətən, xalq, dövlətçiliyimiz naminə fəaliyyəti, ictimai təhlükəsizliyin təmin edilməsində, silahlı cinayətkarların zərərsizləşdirilməsində, fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılmasında, mühüm dövlət obyektlərinin mühafizəsində göstərdiyi fədakar xidmət barədə əhatəli məlumatlar geniş yer alıb.
Ulu öndərin ordu quruculuğu sahəsində də siyasətini uğurla davam etdirən dövlətimizin başçısı cənab İlham Əliyevin Daxili Qoşunların inkişafı üçün qəbul etdiyi qərarlar, göstərdiyi ali diqqət və qayğı şəxsi heyət tərəfindən həmişə dərin minnətdarlıqla və ruh yüksəkliyi ilə qarşılanır. Ölkə rəhbərimizin Daxili Qoşunların müxtəlif tədbirlərində iştirakı, eləcə də onun xidmətlərinə verdiyi yüksək qiymət, haqqında söylədiyi fikirlər, dəyərli tövsiyyələri hər zaman fəaliyyət proqramı kimi qəbul olunur.Kitabla tanış olarkən bu, ilk səhifələrdəncə hiss olunur. Oxucuların diqqətinə təqdim olunan yeni nəşrdə Daxili Qoşunlarda həyata keçirilən quruculuq işləri, hərbi qulluqçularımızın döyüş təlimləri, idman uğurları, beynəlxalq əməkdaşlıq, hərbi hissələrimizin həyatı, ayrı-ayrı xidmət sahələrinin fəaliyyəti, veteranlarımızın şəxsi heyətin hərbi-vətənpərvərlik tərbiyəsində əməyi, ictimaiyyətlə əlaqələrə dair materiallara xüsusi yer verilib.
DİN rəhbərliyinin diqqəti, gündəlik qayğısı və tələbkarlığı ilə indi ən müasir standartlara cavab verən xidməti fəaliyyətin nəfis tərtib olunmuş kompozisiya və fotolarla müşayiət olunması toplunun ən başlıca özəlliklərindən biridir.
Elməddin
Yollar buz bağlayacaq - DYP-dən hava xəbərdarlığı
Salyanda “avtoş”luq edən sürücü HƏBS OLUNDU + VƏSİQƏSİ ALINDI - FOTO
Keçən il yol nəqliyyat hadisələrinin sayı azalıb – Nazirdən AÇIQLAMA
Vilayət Eyvazov kollegiya iclasında polisə ciddi tapşırıqlar verdi - "Çevik reaksiya verin" - FOTO
Abşeronda əyləci çəkib “şou” göstərən sürücü cərimələndi + vəsiqəsiz qaldı - VİDEO
Polis gücləndirilmiş rejimdə xidmətini davam etdirir - VİDEO
Bakıya qar yağır, bu yollarda hərəkət çətinləşdi - Yol polisi tədbirlər görür - FOTO - VİDEO
Əlverişsiz hava və yol şəraiti ilə bağlı DYP-dən ÇAĞIRIŞ
20 Yanvarla bağlı bu küçələrdə hərəkət məhdudlaşdırılacaq - DYP
Ağsu dolaylarında hərəkət təhlükəsizliyi təmin olunur, yollar açıqdır - FOTO - VİDEO
DİN-in şəxsi heyəti 20 Yanvar şəhidlərinin xatirəsini yad edib - FOTO - VİDEO












