Qeydiyyatda olan avtomobillərin 45 faizinin istismar müddəti 20 ili keçib – DYP-dən AÇIQLAMA

“Dekabrın 2-nə olan məlumata görə, Azərbaycanda qeydiyyata alınmış nəqliyyat vasitələrinin sayı 1 milyon 863 mini keçib”.
Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Mübariz Ağayev nəqliyyat vasitələrinin utilizasiyası ilə bağlı təşkil olunan tədbirdə bildirib. O qeyd edib ki, bu il ərzində 1600-dən çox avtomobil istismardan çıxarılıb:

“Bu göstərici bizi qane etmir. Çünki illik terxniki baxışla bağlı məsələləri müzakirə etdiyimiz zaman görürük ki, hazırda istismarda olan nəqliyyat vasitələrinin cəmi 70%-i texniki baxışdan keçir. 30%-i isə ya sürülmür, ya da istismardan çıxıb və kimlərinsə həyətində, cərimə meydançalarında qalıb. Həmin nəqliyyat vasitələrini utilizasiya prosesinə cəlb etmək lazımdır. Ölkədə qeydiyyatdan keçən avtomobillərin cəmi 14.6%-i istismar müddəti 10 ilə qədər olan nəqliyyat vasitələridir. Ən məyusedici göstərici isə istismarı müddəti 20 ildən çox olan nəqliyyat vasitələri ilə əlaqədardır. Bu cür avtomobillər ölkədə qeydiyyatdan keçirilən nəqliyyat vasitələrinin 45%-dən çoxunu əhatə edir. Hər il Azərbaycanda istismara yararsız nəqliyyat vasitələrinin də iştirakı hesablanmaqla baş verən yol-nəqliyyat hadisələrində təxminən 600-dən çox vətəndaşımız qəzaların qurbanı olur. 1200-1500 nəfər isə bu cür hadisələrdə xəsarət alır. Bu bizi çox narahat edir. Azərbaycanla eyni göstəricilərə malik Polşa və Litva kimi ölkələrdə yol-nəqliyyat hadisələrinin qurbanlarının sayı ölkəmizlə müqayisədə xeyli azdır. Həmin ölkələrdə il ərzində baş verən ən ağır nəqliyyat hadisələri zamanı ölüm və xəsarət faktı çox aşağıdır”.

Mübariz Ağayev sonda onu da vurğulayıb ki, Polşa kimi Azərbaycanla eyni nəqliyyat sisteminə malik Polşa, Litva kimi ölkələrdə bəzən elə ağır qəzalar baş verir ki, həmin hadisə zamanı ölən olmur və ən pis halda kimsə xəsarət alır. Lakin eyni tipli qəza ölkəmizdə baş verəndə 4-5 nəfər həyatını itirir. Bunun səbəbi isə həmin ölkələrdə avtomobil parkının sürətli yenilənməsidir.
Səfər
DYP yük avtomobillərinin sürücülərinə çağırış etdi - VİDEO
Yol polisi Sabunçuda uşaqlarla maraqlı görüş keçirdi - Patrul maşını ətrafında müzakirə - FOTOLAR
DYP dumanlı havaya görə hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Yolun hərəkət hissəsinə çıxmayın - DYP-dən piyadalara ÇAĞIRIŞ - VİDEO
"Avtoş"lar, sərxoşlar və digər qayda pozan sürücülər cəzalandırıldı - Nəsimidə reyd - FOTO - VİDEO
"Bu, sürücülərin əsas vəzifəsidir" - Yol polisindən xəbərdarlıq
Aeroport yolunda hərəkət məhdudlaşdırılacaq - DYP alternativ yolu açıqladı - FOTO
DYP duman faralarından düzgün istifadə etməyən sürücüləri aşkarladı - VİDEO
Yol polisi qayda pozub yolu kəsən sürücüləri ifşa etdi - ANBAAN VİDEO
Yol polisi Sabunçuda məktəblilər arasında təbliğatı gücləndirdi - FOTOLAR
İçki içib sükan arxasında yatdı – Polis oyadıb cərimələdi - VİDEO










