Azərbaycanda yol qəzalarında ölənlərin sayı azaldı - DYP-dən AÇIQLAMA

"2024-cü illə müqayisədə 2025-ci ildə ölkə ərazisində baş vermiş yol-nəqliyyat hadisələrinin sayı 1427-dən 1252-yə enərək 175 fakt, yəni təxminən 12 faiz azalıb". Avtosfer.az xəbər verir ki, bu sözləri baku.ws-in sorğusuna cavab olaraq Baş DYP İdarəsinin baş inspektoru Elvin Hacıyev bildirib. Onun sözlərinə görə, bu hadisələr nəticəsində həyatını itirənlərin sayı isə 764 nəfərdən 689 nəfərə düşərək 75 nəfər, yəni təxminən 10 faiz azalma göstərib: "Statistik göstəricilər müəyyən müsbət dinamikanı əks etdirsə də, aparılan təhlillər yol-nəqliyyat hadisələrinin əsasən insan amili, xüsusilə də piyadaların və sürücülərin yol hərəkəti qaydalarına əməl etməməsi nəticəsində baş verdiyini göstərir.
Sürücülərin təqsiri səbəbindən qeydə alınan qəzaların böyük əksəriyyətində nəqliyyat vasitələrinin yüksək sürətlə idarə edilməsi və ötmə qaydalarının pozulması başlıca səbəblərdir.
Bu qayda pozuntuları, əsasən tələskənlikdən qaynaqlanan inzibati xətalardır ki, bir anlıq yanlış qərar ağır və geri dönüşü olmayan nəticələrə səbəb olur".
Elvin Hacıyev əlavə edib ki, açıqlanan bu statistik rəqəmlər hər bir sürücü üçün ciddi mesaj olmalıdır: "Müsbət azalma tendensiyasına baxmayaraq, yollarda itirilən hər bir insan həyatı bu sahədə məsuliyyətin nə qədər böyük olduğunu bir daha xatırladır.
Bir daha bütün sürücüləri sükan arxasında səbirli olmağa, tələskənliyə yol verməməyə, sürət həddinə və ötmə qaydalarına ciddi əməl etməyə çağırırıq. Unutmaq olmaz ki, sükan arxasında verilən hər bir qərar təkcə sürücünün deyil, yolda olan hər kəsin həyatına birbaşa təsir göstərir".
DYP-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə ÇAĞIRIŞ
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO












