Qəzanın qarşısını almaq sürücünün öz əlindədir – DYP-dən sürücülərə ÇAĞIRIŞ - VİDEO

Son günlər yollarda baş verən yol-nəqliyyat hadisələrinin, xüsusilə ağır nəticələrə səbəb olan qəzaların artması sürücülərin yol hərəkəti qaydalarına daha ciddi əməl etməsini zəruri edir.
Avtosfer.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru, polis kapitanı Elvin Hacıyev bildirib ki, hər bir ağır qəzanın arxasında təkcə nəqliyyat vasitələrinin toqquşması deyil, insan həyatı və ailələrin yaşadığı böyük faciələr dayanır.
Onun sözlərinə görə, yolda verilən bir anlıq yanlış qərar uzun illər davam edən ağır nəticələrə səbəb ola bilər. Bu səbəbdən sürücülər sükan arxasında daha diqqətli olmalı, sürət həddinə və digər yol hərəkəti qaydalarına ciddi riayət etməlidirlər.
Elvin Hacıyev yol hərəkəti iştirakçılarını məsuliyyətli davranmağa çağıraraq qeyd edib ki, təhlükəsizliyin təmin olunmasında hər bir sürücünün davranışı mühüm rol oynayır.
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO












