Qurban bayramında sərxoş tutulan sürücü ilə yol polisi əlbəyaxa oldu - VİDEO

Bu gün sosial şəbəkələrdə yol polisi ilə sürücü arasında mübahisəni əks etdirən video yayılıb. Avtosfer.az-ın məlumatına görə, videoda yol polisi əməkdaşının 99 YP 166 dövlət nömrə nişanlı DYP avtomobilinə mindirdiyi sürücü ilə mübahisə etdiyi əksini tapır. Mübahisə zamanı sürücü maşının qapısını bağlamağa imkan vermir. Bu zaman polis qəflətən sürücüyə hücum çəkir.
Avtosfer.az apardığı araşdırma zamanı məlum olub ki, hadisə gecə saatlarında Sumqayıt şəhərində baş verib. Sürücü ilə mübahisə edən polis əməkdaşı isə serjant Rauf Bəşirovdur. Əməkdaşımız həmin inspektorla əlaqə saxlayaraq hadisə ilə bağlı məlumat alıb. DYP əməkdaşı bildirib ki, həmin sürücü avtomobili sərxoş halda idarə etdiyi üçün saxlanılıb. Saxlanılan zaman müqavimət göstərən sürücü müayinəyə getməkdən imtina edib: «Mən onu maşına mindirib tibbi müayinəyə apararkən patrul avtomobilinin qapısını bağlamağa imkan vermirdi. Sonra əlində parıldayan şübhəli əşya gördüm. Həmin əşyanı ülgücə oxşatdım. Buna görə də, onu tutub əlindəki əşyanı almağa çalışdım. Sonra məlum oldu ki, əlindəki alışqan imiş. Hadisə yerinə yığılanlar isə bu görüntələri sosial şəbəkələrdə yayaraq guya mənim sürücünü döydüyümü bildirirlər. Lakin belə bir şey olmadı. Baş verənləri şişirdirlər. Mən sürücünü döyməmişəm. Sadəcə təcrübədən də görmüşük ki, bəzən belə intizamsız sürücülər özlərinə xəsarət yetirirlər. Mən də onun əlindəki əşyanı görəndə ehtiyat üçün əlindən almağa çalışdım».
İnspektor bildirib ki, artıq sürücü tibbi müayinədən keçirilib və onun ağır dərəcəli sərxoşluq vəziyyəti müəyyənləşdirilib. Sürücü 1970-ci təvəllüdlü Nikxoy Telman Bəyaz oğludur. Bildirilir ki, onun Sumqayıtda kriminal dünyanın adamları ilə sıx əlaqələri var. Polisə tabe olmaq istəməməsi də bununla bağlı olub.
Telman Nikxoy idarə etdiyi "Skoda" markalı, 99 BK 194 dövlət nömrə nişanlı avtomobillə təhlükəli manevrlər etdiyi üçün inspektor tərəfindən saxlanılıb. Saxlanılan zaman o, DYP əməkdaşına müqavimət göstərərək tabe olmaq istəməyib. Artıq onun barəsində inzibati protokol tərtib olunub və toplanmış materiallar aidiyyatı üzrə göndərilib.
Elməddin
Vaqif Əsədov jurnalistləri təbrik etdi – FOTO
Sürücülük vəsiqəsi ilə bağlı qaydalar dəyişdi – DİN-dən yeni qərar - FOTO
Azərbaycanda cərimə balları silindi - Sonra isə...
Polisin kişilərə qarşı diskriminasiyası
İsmayıllıda motosiklet “Opel”i 2 yerə böldü - DYP-dən AÇIQLAMA - VİDEO
Yol polisi sürücülərə çağırış etdi
Sürücü hərəkətə başlamazdan əvvəl sərnişinə xəbərdarlıq etməlidir – DYP-dən ÇAĞIRIŞ
Vilayət Eyvazov Şuşada slovakiyalı həmkarı ilə görüşdü - FOTOLAR
Yol polisi nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi
Yol polisimiz Rusiyada yarışa qatılıb MDB birincisi oldu - VİDEO
Özbəkistanda yol polisi “Damas”a 20 uşaq mindirən sürücünü cərimələdi











