Qusarda polisin təşəbbüsü ilə 19 gənc işlə təmin edildi

Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı ölkə kimi tanınır. Multikulturalizm və tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olub, bu gün isə milli kimliyindən, dilindən, dinindən asılı olmayaraq Azərbaycan dövlətinin hər bir vətəndaşının gündəlik həyat tərzinə çevrilib.
Qeyd edilən multikultural prinsiplərin ayrı-ayrı milli azlıqlar arasında təbliğini gücləndirmək məqsədi ilə bu günlərdə Qusar Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Şahdağ Polis Bölməsinin xidməti ərazisindəki kəndlərdə sakinlərlə bir sıra görüşlər keçirilib. Avtosfer.az xəbər verir ki, rayonun Kuzun, Zindanmuruq, Aladaş, Kənarçay kəndləri, eləcə də Aladaş massivində yaşayan sakinlərlə görüş zamanı Qusar RPŞ-nin rəisi, polis polkovniki Zaur Bədəlov əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün də prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən multikulturalizm dəyərləri, respublikamızda mövcud olan dini dözümlülüyün, dini müxtəlifliyin, milli və dini tolerantlığın, milli-mənəvi dəyərlərin inkişafı və təbliğinin ən yüksək səviyyədə olmasından söz açıb.
Polis polkovniki Z.Bədəlov görüş iştirakçılarına Azərbaycanda milli və dini tolerantlıq mədəniyyətinin inkişaf etdirilməsində Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın misilsiz xidmətləri barədə də geniş məlumat verib.
Görüşdə polis rəisi Z.Bədəlov kənd sakinlərinin şikayət və təkliflərini dinləyib, polisin səlahiyyəti çərçivəsində olan məsələlərin mövcud qanunvericiliyə uyğun həlli üçün tapşırıqlar verib.
Görüşün nəticəsi olaraq Qusar RPŞ-nin rəhbərliyinin təşəbbüsü, Şahdağ PB-nin yaxından köməkliyi ilə adları sadalanan kəndlərdə yaşayan 19 gəncin ixtisaslarına uyğun olaraq rayon ərazisində yerləşən müxtəlif istehsal və ictimai-iaşə obyektlərində işlə təmin olunması məsələsi də öz həllini tapıb.
Elmin
DYP-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə ÇAĞIRIŞ
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO












