Rafael Cəbrayılov: “Yol polisi etikalı olmalıdır”

Milli Məclis 2007-ci ildə “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” qanun qəbul edərək dövlət qulluğunda çalışan hər bir şəxsə bu qanuna ciddi riayət etməyi və insanlarla münasibətdə mədəni, təmkinli, qayğıkeş, səmimi, təvazökar, dözümlü olmağı vəzifə olaraq qarşıya qoydu. Çünki, dövlət qulluğunda çalışan şəxs xidməti vəzifəsini icra edərkən fiziki şəxs olaraq özünü deyil, sahibi Azərbaycan xalqı olan milli dövlətimizi təmsil edir. Bu baxımdan, sadalanan mənəvi keyfiyyətlərə sahib olmaqla həmin qanunun tələblərinə riayət etmək dövlət qulluqçusunun vəzifə borcudur.
Dövlət-vətəndaş münasibətlərinin ən qabarıq nəzərə çarpan hissəsi polis-vətəndaş münasibətləridir ki, bunun da içərisində yol polisi-sürücü münasibətləri önəmli hissəyə sahibdir. Yol polisi əməkdaşlarının peşəkarlıq səviyyəsinin yüksəldilməsi, xidməti vəzifələrinin qüsursuz icra edilməsi, bu məqsədlə maddi-texniki bazanın dünya standartlarına uyğunlaşdırılması, yol polisinə dövlət qayğısının artırılması və s. istiqamətdə ciddi dövlət tədbirləri həyata keçirilmişdir. Bunun nəticəsində yol polisində əsaslı keyfiyyət dəyişiklikləri baş vermişdir. Amma təəssüflə qeyd etməliyəm ki, etik davranış qaydalarına heç də həmişə riayət etməyən, yol polisi-sürücü münasibətlərində dövləti təmsil etdiyini unudan, xidməti vəzifəsini layiqincə icra etməyən polis əməkdaşlarına da rast gəlinir ki, bu da xalqın haqlı narazılığına səbəb olur. Yol polisi əməkdaşlarının əmək haqlarının artırılması və əmək haqlarının hesablanmasında qanunla qəbul edilmiş 25 faizlik stimullaşdırma tədbirlərinin həyata keçirilməsi dövlətin yol polisinə qayğısının əyani təzahürüdür.
Daxili İşlər naziri R.Usubovun 2018-ci ili “Yol polisinin etik davranış ili” elan etməsi yol polisi əməkdaşlarının “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” qanuna ciddi riayət olunması, yol polisi-sürücü münasibətlərində yüksək mənəvi keyfiyyətlər nümayiş etdirilməsinə hesablanmışdır.
Rafael Cəbrayılov
Milli Məclisin deputatı
DYP və AYNA-dan velosiped və skuter istifadəçilərinə çağırış - VİDEO
Suraxanıda yol polisi məktəblərin ətrafında təhlükəsizliyi gücləndirib - VİDEO
Ağır qəza yenidən bu təhlükəni gündəmə gətirdi – DYP-dən XƏBƏRDARLIQ
DYP-dən 5 nəfərin yanaraq öldüyü qəza ilə bağlı AÇIQLAMA
Yağışlı havada polis zəruri təhlükəsizlik tədbirlərini belə həyata keçirir - FOTO - VİDEO
Güclü yağışda yol polisinin bu görüntüləri diqqət çəkdi - VİDEO
"Azyaşlı uşaqları nəzarətsiz buraxmayın!" - DYP-dən ÇAĞIRIŞ - FOTO
DYP və AYNA yeni dərs iliylə bağlı birgə MƏLUMAT YAYDI - VİDEO
"Qəfil tormozlamadan çəkinin!" - DYP-dən XƏBƏRDARLIQ
Sabunçuda skuter, moped və motosiklet sürənlər saxlanıldı - VİDEO
Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq - DYP-dən XƏBƏRDARLIQ










