Reklam

Ramil Usubov 10 rayondan 332 nəfəri işə götürəcək – YENİ QƏBUL

Yol polisi 18 Aprel 2016 16:35 Oxunub 4477
Ramil Usubov 10 rayondan 332 nəfəri işə götürəcək – YENİ QƏBUL
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Daxili işlər naziri işə qəbulla bağlı Gəncədə sıra baxışı keçirəcək

Mayın 16-da saat 10.00-da, Azərbaycan daxili işlər naziri general-polkovnik Ramil Usubov tərəfindən Gəncə, Göygöl, Samux, Kəlbəcər, Şəmkir, Ağstafa, Tovuz, Gədəbəy, Qazax və Daşkəsən polis orqanlarında vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrində xidmətə qəbulla bağlı Gəncə şəhər Baş Polis İdarəsində sıra baxışı keçiriləcək. Avtosfer.az-ın məlumatına görə, sıra baxışında müddətli həqiqi hərbi xidmət keçmiş, ali və ya orta-ixtisas, yaxud tam orta təhsilli, boyu 175 santimetrdən yuxarı, yaşı 20-dən 25-dək olan, özü və yaxın qohumları məhkum olunmamış, atletik cüssəli, Azərbaycanın kişi cinsli vətəndaşları iştirak edə bilərlər. Qeyd olunan vəzifələrdə əmək funksiyalarının yüksək fiziki və psixoloci gərginliklə bağlı olması, eləcə də xidmətin növbəli, bir çox hallarda əsas iş vaxtından əlavə müddətdə aparılacağı baxımından, namizədlərin sağlamlıq vəziyyəti, biliyi və fiziki hazırlıq səviyyəsi müəyyən olunmuş normativlər üzrə yoxlanılacaq. Bununla yanaşı, «İctimai asayişin qorunmasında vətəndaşların iştirakının təmin edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 2 mart tarixli Fərmanının icrası çərçivəsində mülki işçi vəzifələrinə də Azərbaycan Respublikası vətəndaşlarının qəbulu ilə əlaqədar sıra baxışı keçiriləcək. Sıra baxışında müddətli həqiqi hərbi xidmət keçmiş, ali və ya orta-ixtisas, yaxud tam orta təhsilli, boyu 175 santimetrdən yuxarı, yaşı 20-dən 24-dək olan, özü və yaxın qohumları məhkum olunmamış Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları iştirak edə bilərlər.

Qeyd edilən tələblərə cavab verən və işə qəbul olunan şəxslər polis orqanlarının vəzifəli şəxslərinin rəhbərliyi altında ictimai asayişin qorunması üzrə funksiyaların (polisə ictimai dəstək) yerinə yetirilməsinə cəlb olunacaq, xüsusi geyim forması ilə təmin ediləcəklər. Onlara Daxili İşlər Nazirliyinin mülki işçiləri üçün müəyyən edilmiş təminatlar şamil olunacaqdır. İctimai asayişin qorunmasında 2 il ərzində əməkdaşlıq etmiş şəxslərə daxili işlər orqanlarında xidmətə qəbul zamanı üstünlük veriləcək. Ümumilikdə qeyd olunan rayon polis orqanlarında vakant olan 32 kiçik rəis heyəti və 300 mülki işçi vəzifələrinə qəbul həyata keçiriləcək. Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh