Ramil Usubov 199 nəfəri seçdi

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayon polis orqanlarında vakant olan sıravi və kiçik rəis heyəti, həmçinin “İctimai asayişin qorunmasında vətəndaşların iştirakının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 2 mart tarixli Fərmanının icrası çərçivəsində mülki işçi vəzifələrinə xidmətə qəbulla bağlı aprelin 20-də Xaçmaz Olimpiya İdman Kompleksinin həyətində sıra baxışı keçirib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Avtosfer.az-a bildiriblər ki, sıra baxışında həmin şəhər və rayonlarda yaşayan, polis və Daxili Qoşunlarda xidmət etmək istəyən 460 nəfər iştirak edib. Onların arasından daha hazırlıqlı olan 47 nəfəri polisin, 25-i Daxili Qoşunların sıralarında xidmətə, 127 gənc isə mülki işçi vəzifələrinə namizəd kimi seçilib. Həmin şəxslərin sənədlərinin hazırlanması üçün aidiyyəti baş idarələrin rəhbərlərinə müvafiq göstəriş verilib.
Namizədlərlə görüşdə çıxış edən nazir ümummilli liderimiz Heydər Əliyev və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən mükəmməl təhsil almış, yüksək intellektə malik, dövlətçiliyə sadiq, vətənpərvər gənclərin dövlət idarəçiliyində, o cümlədən daxili işlər orqanlarında xidmətdə irəli çəkilmələri üçün daim zəruri addımlar atıldığını bildirib. Ramil Usubov tədbirin bu sahədə həyata keçirilən məqsədyönlü siyasətin növbəti bariz nümunəsi olduğunu vurğulayıb.
Nazir deyib ki, ictimai asayişin qorunmasında vətəndaşların iştirakı könüllülük, qanunçuluq, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinin üstünlüyü, insanların şərəf və ləyaqətinə hörmət, müvafiq dövlət orqanları ilə qarşılıqlı əməkdaşlıq və polis orqanlarının səlahiyyətlərinin əvəzlənməsinin yolverilməzliyi prinsiplərinə əsaslanır. Vətəndaşların polis orqanları ilə əməkdaşlığı isə onların həmin orqanların vəzifəli şəxslərinin rəhbərliyi altında ictimai asayişin qorunması üzrə vəzifələrin yerinə yetirilməsində iştirakını nəzərdə tutur.
General-polkovnik Ramil Usubov gəncləri təbrik edərək polis adını daim uca tutmalarını, bilik və təcrübələrini artırmalarını, vətəndaşların müraciətlərinə həssaslıqla və operativ şəkildə yanaşmalarını tövsiyə edib, gələcək çətin və şərəfli xidmətlərində onlara uğurlar arzulayıb.
Elmin
DYP-dən kənd təsərrüfatı sahəsində çalışanlara XƏBƏRDARLIQ
Təhlükə ilə üzləşən velosipedçilər yol polisindən kömək istədi - VİDEO
Vilayət Eyvazov rəislərə tapşırıqlar verdi; 227 nəfəri işə götürdü - VİDEO
Cinayət işləri ilə bağlı VACİB QƏRAR: Statistik hesabatların tərtib edilməsi təkmilləşdirilir
Zəngilan polisləri peşə bayramını belə qeyd etdi; mükafatlar verildi - FOTOLAR
Mağazadan pul və tütün məmulatları oğurlayan şəxs SAXLANILDI - VİDEO
Xidmətdə fərqlənən yol polisləri mükafatlandırıldı – Avtosfer.az-dan VİDEO
108 ildir insanların və gələcəyin keşiyində... - VİDEO
“Polis Günü”nə həsr olunan fləşmob keçirilib - VİDEO
Azərbaycan polisi ən çətin anlarda belə peşəkar xidmət aparır - Elməddin Muradlı
Vilayət Eyvazovdan polislərə TAPŞIRIQ: Şikayətləri obyektiv araşdırın - FOTOLAR - VİDEO










