Ramil Usubov 210 gəncin işə qəbul edilməsi haqda tapşırıq verdi

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov bu gün Lənkəran Şəhər Rayon Polis Şöbəsində Lənkəran, Cəlilabad, Masallı, Astara, Yardımlı və Lerik rayon polis orqanlarında xidmətə qəbulla bağlı vakant olan sıravi və kiçik rəis heyəti, həmçinin mülki işçi vəzifələrinə xidmətə qəbulla bağlı sıra baxışı keçirib. Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Sıra baxışında həmin şəhər və rayonlarda yaşayan, polis və Daxili Qoşunlarda xidmət etmək istəyən 450 nəfər iştirak edib.
Nazir ayrı-ayrılıqda hər bir gəncin zahiri görkəmi, fiziki hazırlığının vəziyyəti və dünyagörüşü ilə maraqlanıb. Onların arasından daha hazırlıqlı olan 45 nəfər polisin və Daxili Qoşunların sıralarında xidmətə, 165 gənc isə mülki işçi vəzifələrinə namizəd kimi seçilərək sənədlərinin hazırlanması üçün aidiyyəti baş idarələrin rəhbərlərinə müvafiq göstəriş verilib.
Namizədlər qarşısında çıxış edən R.Usubov milli lider Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin mükəmməl təhsil almış, yüksək intellektə malik gənclərin dövlət idarəçiliyində, o cümlədən daxili işlər orqanlarında xidmətdə irəli çəkilmələri üçün tövsiyə və tapşırıqlarını xatırladıb, bu istiqamətdə hər zaman zəruri addımların atıldığını vurğulayıb.
Daxili işlər naziri gəncləri təbrik edərək gələcək çətin və şərəfli xidmətlərində onlara uğurlar arzulayıb, polis adını daim uca tutmalarını, bilik və təcrübələrini artırmalarını, vətəndaşların müraciətlərinə həssaslıqla və operativ şəkildə yanaşmalarını tövsiyə edib.
Elmin
DYP-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə ÇAĞIRIŞ
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO












