Ramil Usubov 300 nəfərdən 97-ni polisə seçdi - Sıra baxışından FOTOLAR

Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, daxili işlər naziri, general-polkovnik Ramil Usubov iyunun 1-i və 2-də Bərdə Rayon Polis Şöbəsində polis orqanlarının fəaliyyəti ilə bağlı məsələlərlə əlaqədar növbəti qəbul keçirib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, tədbirdə Bərdə, Ağcabədi, Tərtər, Ağdam, Şuşa, Laçın, Beyləqan, Füzuli, Xocavənd, Goranboy, Xocalı və Naftalan şəhər və rayonlarından qəbul üçün müraciət edən 72 vətəndaş iştirak edib. Vətəndaşları şəxsən dinləyən nazir onları narahat edən problemlərin operativ şəkildə, mövcud qanunvericiliyə uyğun həlli üçün aidiyyatı Baş İdarə və xidmət rəislərinə konkret tapşırıqlar verib. Müraciətlərin böyük əksəriyyəti yerindəcə öz həllini tapıb. Polisin fəaliyyətinə aid olmayan ərizələrin aidiyyatı üzrə digər dövlət orqanlarına göndəriləcəyi və onlara mövcud qanunvericiliyə uyğun şəkildə baxılacağı nəzərə çatdırılıb.
Sakinlər göstərilən diqqət və qayğıya, bölgələrdə mütəmadi olaraq vətəndaşların qəbulunun təşkilinə, icra orqanlarının rəhbərləri tərəfindən müraciətlərinə operativ münasibətə və həssas yanaşılmasına görə dövlətimizin başçısına minnətdarlıq edib, onun ölkəmizin sürətli inkişafına, yönəlmiş ardıcıl, məqsədyönlü və qətiyyətli siyasi kursunu bundan sonra da dəstəkləyəcəklərini vurğulayıblar.
Qəbuldan sonra kütləvi informasiya vasitələrində öncədən verilmiş elanlara uyğun olaraq, yuxarıda adları çəkilən şəhər, rayon polis orqanlarında vakant olan sıravi və kiçik rəis heyəti, həmçinin, "İctimai asayişin qorunmasında vətəndaşların iştirakının təmin edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 2 mart tarixli Fərmanının icrası çərçivəsində mülki işçi vəzifələrinə xidmətə qəbulla bağlı sıra baxışı keçirilib. Sıra baxışında həmin şəhər və rayonlarda yaşayan, polisin sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək istəyən 300 gənc iştirak edib. Onların arasından daha hazırlıqlı olan 12-si polisin və Daxili Qoşunların sıralarında xidmətə, 85 iddiaçı isə mülki işçi vəzifələrinə namizəd kimi seçilərək sənədlərinin hazırlanması üçün aidiyyatı üzrə müvafiq göstəriş verilib.
Daxili işlər naziri namizədləri təbrik edərək gələcək çətin və şərəfli xidmətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyyələrini verib. O, Milli Lider Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yüksək intellektli, dünyagörüşlü, mükəmməl təhsilli gənclərin dövlət idarəçiliyində geniş təmsil olunmalarının və irəli çəkilmələrinin ölkənin gənclər siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edildiyini vurğulayıb.
Elmin
DYP-dən kənd təsərrüfatı sahəsində çalışanlara XƏBƏRDARLIQ
Təhlükə ilə üzləşən velosipedçilər yol polisindən kömək istədi - VİDEO
Vilayət Eyvazov rəislərə tapşırıqlar verdi; 227 nəfəri işə götürdü - VİDEO
Cinayət işləri ilə bağlı VACİB QƏRAR: Statistik hesabatların tərtib edilməsi təkmilləşdirilir
Zəngilan polisləri peşə bayramını belə qeyd etdi; mükafatlar verildi - FOTOLAR
Mağazadan pul və tütün məmulatları oğurlayan şəxs SAXLANILDI - VİDEO
Xidmətdə fərqlənən yol polisləri mükafatlandırıldı – Avtosfer.az-dan VİDEO
108 ildir insanların və gələcəyin keşiyində... - VİDEO
“Polis Günü”nə həsr olunan fləşmob keçirilib - VİDEO
Azərbaycan polisi ən çətin anlarda belə peşəkar xidmət aparır - Elməddin Muradlı
Vilayət Eyvazovdan polislərə TAPŞIRIQ: Şikayətləri obyektiv araşdırın - FOTOLAR - VİDEO











