Ramil Usubov icra başçısının oğluna yeni vəzifə verdi

Səbail rayon Polis İdarəsi 8-ci Polis Bölməsinə yeni rəis təyin edilib. Avtosfer.az lent.az-a istinadən məlumatına görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmri ilə 6-cı Polis Bölməsinin rəisi Rəşad Əhmədzadə tutduğu vəzifədən azad edilərək 8-ci Polis Bölməsinə rəis təyin edilib. R.Əhmədzadənin yerinə hələlik təyinat yoxdur. 6-cı Polis Bölməsi rəisinin vəzifəsini müvəqqəti rəis müavini Ramin Cəbrayılov icra edir. Qeyd edək ki, bir neçə gün əvvəl 8-ci Polis Bölməsinin rəisi Vüsal Qaraşov Yasamal rayon Polis İdarəsi 29-cu Polis Bölməsinin rəisi təyin edilib.
Onu da qeyd edək ki, V.Qaraşov Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun, onun yerinə təyin edilən Rəşad Əhmədzadə isə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin oğlu və Meliorasiya və Su Təsərrüfatı” Açıq Tipli Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin qardaşı oğludur.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












