Ramil Usubov polisə namizədlər seçdi

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov fevralın 27-də Şirvan şəhərində növbəti qəbul keçirib. Daxili İşlər Nazirliyindən Avtosfer.az-a daxil olan məlumata görə, Polis Şöbəsində baş tutan tədbirdə Şirvan, Sabirabad, Salyan, Neftçala, Hacıqabul, Biləsuvar, Cəbrayıl, İmişli, Zərdab və Saatlı şəhər və rayonlarında yaşayan sakinlərin, eləcə də bölgədə məskunlaşmış qaçqın və məcburi köçkünlərin qəbula gəlmiş nümayəndələri ilə görüşən nazir onları narahat edən problemləri şəxsən dinləyib, müraciətlərin qanunvericiliyə uyğun şəkildə həlli üçün konkret tapşırıqlar verib. Bununla yanaşı, kütləvi informasiya vasitələrində əvvəlcədən verilmiş elanlara uyğun olaraq, həmin şəhər və rayonlarda yaşayan, polisin orta, sıravi və kiçik rəis heyəti vəzifələrində, həmçinin, Daxili Qoşunların sıralarında xidmət etmək istəyən 697 nəfər gənc də qəbulda iştirak edib. Onların arasından 155 namizəd polis orqanlarında, o cümlədən dövlət ali təhsil müəssisələrində hüquqşünas ixtisası almış 11 nəfər orta rəis heyəti vəzifələrinə, 115-i isə Daxili Qoşunlarda xidmətə qəbul üçün seçilərək sənədlərinin hazırlanması məqsədilə aidiyyatı baş idarələrin rəhbərlərinə müvafiq göstəriş verilib.
Daha sonra Ramil Usubov namizədlərə öz tövsiyələrini verib, gələcək fəaliyyətlərində onlara uğurlar arzulayıb.
Elmin
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












