Ramil Usubov Sankt-Peterburqda səfərdə olub

Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov MDB-nin iştirakçısı olan dövlətlərin Daxili İşlər Nazirləri Şurasının növbəti iclasında iştirak etmək üçün sentyabrın 5-dən 7-dək Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində rəsmi səfərdə olub. Avtosfer.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, tədbirdə üzv dövlətlərin Daxili İşlər nazirliklərinin əməkdaşlığının prioritet istiqamətləri və cinayətkarlıqla mübarizədə dövlətlərarası proqramların icra vəziyyəti barədə ümumi fikir mübadiləsi aparılıb.
Daxili İşlər Nazirləri Şurasının iclasında həmçinin avtonəqliyyat vasitələrinin oğurlanmasına, narkotik vasitələrin yeni təhlükəli növlərinin dövriyyəsinə qarşı mübarizə, iştirakçı dövlətlərin ərazisində yaşayan vətəndaşların terrorçu və ekstremist yönümlü təşkilatlara cəlb edilməsinin qarşısının alınması, kütləvi idman tədbirləri zamanı hüquqazidd hərəkətlərin aradan qaldırılması üzrə informasiya mübadiləsinin təkmilləşdirilməsi, habelə MDB iştirakçısı olan dövlətlərin ərazisində mütəşəkkil cinayətkarlıq və digər təhlükəli cinayət növləri ilə mübarizənin əlaqələndirilməsi üzrə Büronun fəaliyyətini tənzimləyən normativ hüquqi sənədlərə müvafiq əlavə və dəyişikliklərin edilməsi və qarşılıqlı maraq doğuran digər aktual məsələlər müzakirə olunub, müvafiq qərarlar qəbul edilib.
Elmin
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












