Ramil Usubov Səudiyyə Ərəbistanında kralla görüşdü - FOTO

Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubovun başçılıq etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanı Krallığının daxili işlər naziri Əbdüləziz bin Səud bin Naif bin Əbdüləzizin dəvəti ilə bu ölkədə ikigünlük rəsmi səfərdə olub. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, fevralın 19-da Azərbaycan nümayəndə heyəti ilə Səudiyyə Ərəbistanı Krallığının daxili işlər naziri arasında görüş keçirilib. Krallığının daxili işlər naziri Əbdüləziz bin Səud bin Naif bin Əbdüləziz dəvətini qəbul edib rəsmi səfərə gəldiyinə görə azərbaycanlı həmkarına təşəkkür edərək ölkələrimiz arasında son illər bütün sahələrdə əməkdaşlığın genişləndiyini vurğulayıb.
Ramil Usubov rəsmi dəvətə, səmimi qəbula və göstərilən yüksək qonaqpərvərliyə görə təşəkkür edib, bu səfərin nazirliklərarası əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edəcəyinə əminliyini bildirib.
Qədim tarixə və mədəniyyətə malik xalqlarımızın ənənəvi dostluq münasibətlərinə toxunan nazir Ramil Usubov bu əlaqələrin əsasının ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Səudiyyə Ərəbistanının Kralı, İki Müqəddəs Ocağın Xadimi Salman bin Əbdüləziz Al Səudun siyasi iradəsi sayəsində dinamik inkişaf etdiyini məmnunluqla diqqətə çatdırıb.
Görüşdə dövlətlərarası müqavilə-hüquqi bazasının təkmilləşdirilməsi çərçivəsində iki ölkənin Daxili İşlər nazirlikləri arasında işbirliyinin, cinayətkarlıqla mübarizədə əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan hökumətlərarası protokol imzalanıb.
Səmimilik və işgüzar şəraitdə keçən görüşdə təhlükəsizlik sahəsində əməkdaşlığın mövcud vəziyyəti, prioritet istiqamətləri barədə faydalı fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə olunub.
Səfərin ikinci günü Səudiyyə Ərəbistanının Kralı, İki Müqəddəs Ocağın Xadimi Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
İki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu, bütün istiqamətlərdə, o cümlədən hüquq-mühafizə sahəsində uğurla inkişaf etdiyini bildirən Kral beynəlxalq arenada ölkəsinin Azərbaycanı tam dəstəklədiyini vurğulayıb. Eyni zamanda, islam ölkələri arasında həmrəyliyin bərqərar olmasında daim böyük səylər göstərən dostu və qardaşı – Prezident İlham Əliyevə səmimi salamlarını çatdırmağı xahiş edib.
Yüksək diqqətə və qonaqpərvərliyə görə təşəkkürünü bildirən nazir Ramil Usubov keçirdiyi görüşlər, aparılan danışıqlar barədə Səudiyyə Ərəbistanının Kralına məlumat verib, bu səfərin ölkələrimiz arasında möhkəm təməllərə söykənən əlaqələrin dərinləşməsinə, xalqlarımızın və dövlətlərimizin mənafeyinə xidmət etdiyini bildirib.
Qəbulda və görüşlərdə ölkəmizin Səudiyyə Ərəbistanındakı fövqəladə və səlahiyyətli səfiri Şahin Abdullayev iştirak edib.
Elmin
“Son zəng”lə bağlı məzunlara və valideynlərə DYP-dən MÜRACİƏT
Sabunçuda qayda pozan piyadalar CƏRİMƏLƏNDİ - VİDEO
Texniki cəhətdən köhnəlmiş avtomobillər yollarda ciddi təhlükə yaradır - DYP - FOTO
Ürək çatışmazlığından əziyyət çəkən iki sürücü qəzada həyatını itirdi - VİDEO
“Yol hərəkəti qaydalarını öyrənək” adlı intellekual yarış keçirildi - FOTO
Yol polisi son zəngdə şagirdlərə maşın kirayə verənlərə XƏBƏRDARLIQ ETDİ
Parklanma MÜBAHİSƏSİ: Sürücü cəriməyə etiraz etdi - Yol polisindən açıqlama - FOTO - VİDEO
Yolda halı pisləşən sürücünü yol polisləri xəstəxanaya çatdırdı - VİDEO
Baş Dövlət Yol Polisi İdarəsi məktəblilərlə növbəti maarifləndirici görüş keçirib - VİDEO
Saatlıda toy karvanı “drift şousu”na çevrildi: Sürücülər HƏBS EDİLDİ - VİDEO
Rövşən Tağıyev yuxulu sürücülərdən DANIŞDI: "Avtomobil nəzarətsiz təhlükəyə çevrilir"










