Ramil Usubov tanınmış saatsazın yol polisi işləyən oğlunu işdən çıxardı

Tanınmış saatsazın polis oğlu işdən çıxarılıb. Avtosfer.az-ın məlumatına görə, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Ceyhun Fətəliyev tutduğu vəzifədən azad edilib. Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən APA-ya bildirilib ki, C.Fətəliyev xidməti avtomobili ilə yol qəzası törətdiyi üçün işdən çıxarılıb.
Qeyd edək ki, C.Fətəliyev Bakının məşhur saatsazı Hacı Fətəliyevin oğludur. C.Fətəliyevin atası H.Fətəliyev oğlunun işdən çıxarıldığını təsdiqləyib. O bildirib ki, qəza baş verən zaman C.Fətəliyev sükan arxasında olmayıb: “Maşını mənim oğlum deyil, polis serjantı idarə edib. Belə hadisələr qaçılmazdı. Buna baxmayaraq, biz hər iki maşını təmir etdirdik. Lakin yol polisi sistemində mənim oğluma qarşı qərəz var. Onu sıxışdırırlar. Mən bu barədə daxili işlər naziri cənab Ramil Usubova müraciət edəcəm”.
Qeyd edək ki, hadisə dekabrın 14-də səhər saatlarında baş verib. Saat 05:20 radələrində Zərifə Əliyeva küçəsi ilə Səməd Vurğun küçəsinin kəsişməsində Samir Bənziyevin idarə etdiyi Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə məxsus “BMW” markalı 99 YP 453 nömrəli avtomobil işıqforda dayanan, 1989-cu il təvəllüdlü Rüstəm Allahverdiyevin idarə etdiyi “Opel” markalı, 90 GT 630 nömrəli avtomobili arxadan vurub. Qəza nəticəsində ağır xəsarət alan olmasa da, hər iki avtomobilə ciddi ziyan dəyib.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












