Ramil Usubovdan polislə bağlı daha bir əmr

"Formula-1” ilə əlaqədar Azərbaycan polisi gücləndirilmiş iş rejimində çalışacaq. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Bakıda ilk dəfə təşkil olunan "Formula-1” üzrə Avropa Qran-prisi yarışı ərəfəsində və dövründə ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının etibarlı qorunması, müvafiq tədbirlər planından irəli gələn vəzifələrin icrasının təmin edilməsi məqsədi ilə Daxili İşlər Nazirliyinin aparatının struktur qurumlarının Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda yerləşən ərazi polis orqanlarının, nizami polis hissələrinin və Daxili Qoşunlarının hərbi hissələrinin şəxsi heyəti iyunun 20-dək gücləndirilmiş iş rejimində xidmət aparacaq. Əmrdə həmçinin qeyd olunur ki, bütün strateji əhəmiyyətli obyektlər, o cümlədən su, hava, dəmiryolu nəqliyyatında, avtovağzallarda, limanlarda, metropolitendə, xarici ölkələrin diplomatik nümayəndəliklərinin, qonaqların və idmançıların yaşayacaqları mehmanxanaların mühafizəsi daha da gücləndiriləcək.
Emin
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












