Ramil Usubovdan yeni - Təyinatlar

Daxili işlər orqanlarında yeni təyinatlar olub. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı müvafiq əmrlə Qəbələ rayon polis şöbəsinin rəis müavini Etibar Babayev tutduğu vəzifədən azad edilərək Qobustan Rayon Polis Şöbəsinin rəisi təyin edilib. Qobustan rayon Polis Şöbəsinin rəisi olmuş Eminağa Zeynalov təxminən bir ay əvvəl işdən çıxarılıb.
Qeyd edək ki, son günlər daxili işlər orqanlarında başqa təyinatlar da həyata keçirilib. R.Usubovun imzaladığı müvafiq əmrlərlə Xaçmaz Rayon Polis Şöbəsinin rəis müavini Valik Vəlimətov tutduğu vəzifədən azad edilərək Siyəzən Rayon Polis Şöbəsinin rəisi, Siyəzən Rayon Polis Şöbəsinin rəisi Sənan Əsədov isə tutduğu vəzifədən azad edilərək Göyçay Rayon Polis Şöbəsinin rəisi, Göyçay Rayon Polis Şöbəsinin rəisi İslam Hümbətov isə Lənkəran Rayon Polis Şöbəsinin rəisi, Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin rəisi Vüsal Qaraşov tutduğu vəzifədən azad edilərək Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinin rəisi təyin ediliblər. 29-cu Polis Bölməsinin rəisi Faiq Hüseynov isə sərəncama götürülüb.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












