Ramil Usubovun vəzifə verdiyi polkovnik kimdir? - FOTO

Xəbər verdiyimiz kimi, daxili işlər naziri, general-polkovnik Ramil Usubov Nəqliyyatda Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki Sultan Zeynalov tutduğu vəzifədən azad edilərək Kürdəmir rayon Polis Şöbəsinin rəisi təyin edib. Nazirin digər əmri ilə Daxili İşlər Nazirliyinin Baş Kadrlar idarəsinin əməkdaşı, polis polkovniki Rövşən Eyyubov Nəqliyyatda Baş Polis İdarəsinin rəis müavini vəzifəsinə təyinat alıb. Rövşən Eyyubov Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin birinci müavini, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi, general-polkovnik Bəylər Eyyubovun qardaşı oğludur.
Rövşən Eyyub oğlu Eyyubov 1976-cı ildə Gəncə şəhərində dünyaya gəlib. 1999-cu ildə Prezident Mühafizə xidmətində yüksək vəzifəli şəxslərin qoruyucusu işləyib. 2001-ci ildən Daxili İşlər Nazirliyində Baş Kadrlar İdarəsinin şöbə rəisi vəzifəsində çalışıb. 2011-ci ildə “Yaxşı əməl heç vaxt gizli qalmır” adlı kitabı çap edilmişdir. Prezidentin şəxsi kitabxanasında saxlanılır. Rövşən Eyyubov daxili işlər orqanlarına aid bir neçə tədris kitablarının müəllifidir.
2014-2015-ci illərdə “Heydərlə Azərbaycan” və “Heydərlə Azərbaycan 2” musiqi əsərlərinin bəstələmişdir. AzTV-nin qızıl fondunda saxlanılır.
Criminal.az
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ














