Rəis 4 nəfəri öldürən sürücünü yol polisinin qovmasından danışdı

"Lənkəranda 4 nəfərin ölümü, 1 nəfərin yaralanması ilə nəticələnən yol qəzası ilə bağlı Lənkəran Rayon Prokurorluğu və Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) tərəfindən araşdırmalar davam etdirilir. Lakin bu hadisənin Yol Patrul Xidməti əməkdaşı, polis leytenantı Nurlan Qafarova heç bir adiyyəti yoxdur". Bunu "Report"a açıqlamasında Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin rəisi Möhübbət Hüseynov deyib. O bildirib ki, yol polisi hadisə baş verən əraziyə 5 dəqiqədən sonra çatıb: "Qəzanın baş verdiyi ərazinin yaxınlığında Yol Patrul Xidmətinin (YPX) əməkdaşları reyd keçirib. Reyd zamanı "VAZ 21 099" markalı, 10 GJ 472 dövlət qeydiyyat nişanlı avtomaşına "saxla" əmri verilib və sürücü YPX əməkdaşının qanuni tələbinə tabe olmayaraq oradan uzaqlaşıb. Yol polisi isə reydi davam etdirib. Sürücünün reyd keçirilən ərazidən uzaqlaşmasından 5-10 dəqiqə sonra Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) Növbətçi Hissəsinə yol qəzasının baş verməsi ilə bağlı məlumat daxil olub. Yol-nəqliyyat hadisənin baş verdiyi ərazinin yaxınlığnda reyd keçirən YPX əməkdaşları dərhal hadisə yerinə gediblər. YPX əməkdaşları hadisə yerinə gələndən sonra məlum olub ki, qəzanı törədən şəxs, reyd zamanı "saxla" əmrinə tabe olmayan sürücü olub".
Şöbə rəisi qeyd edib ki, qəzanı törədən sürücünü YPX əməkdaşının təqib edib-etməməsi araşdırılıb: "Yol polisinin avtomobili təqib etməsi məsələsi yoxdur. YPX avtomobilində quraşdırılan audio və videoqeydiyyat aparatları vasitəsi ilə bütün görüntülər və səs yazıları istintaq materiallarına əlavə olunub. Həmin görüntülərdə açıq-aşkar görünür ki, yol qəzasından 5-10 dəqiqə əvvəl hadisəni törədən avtomobilin sürücüsünə "saxla" əmri verilib. Sürücü isə əmrə tabe olmayaraq avtomobili yüksək sürətlə idarə edib və reyd keçirilən ərazidən uzaqlaşıb. Baş Dövlət Yol Polisi İdarəsinin və Lənkəran Rayon Prokurorluğunun əməkdaşları hadisə şahidlərini və qəzanı törədən sürücünü dindirib, onlar qəza vaxtı avtomobili heç bir YPX əməkdaşının təqib etmədiyini bildiriblər. Bu, tamamilə yalan informasiyadır".
Polis rəisi sözügedən qəzadan sonra həmin ərazidə keçirilən aksiya ilə bağlı məsələyə də aydınlıq gətirib. M.Hüseynov bildirib ki, orada 25 nəfərə yaxın sakin yığışaraq həmin ərazidə işıqforun quraşdırılmasını xahiş edib: "Həmin ərazidə sürət həddini saatda 60 kilometr olduğunu göstərən yol nişanı quraşdırılıb. Lakin bəzi sürücülər yol nişanının tələbini pozaraq yüksək sürətlə hərəkət edir. Təbii ki, qaydanı pozan sürücülərə qarşı YPX əməkdaşları tərəfindən tədbir görülərək inzibati protokollar tərtib olunur. Sakinlərin çoxsaylı müraciətlərini nəzərə alaraq əraziyə baxış keçirilib və işıqforun quraşdırılması məqsədə uyğun olarsa orada işıqfor quraşdıralacaq. Çox güman ki, bu həftə ərzində nəticə olacaq".
Yollar buz bağlayacaq - DYP-dən hava xəbərdarlığı
Salyanda “avtoş”luq edən sürücü HƏBS OLUNDU + VƏSİQƏSİ ALINDI - FOTO
Keçən il yol nəqliyyat hadisələrinin sayı azalıb – Nazirdən AÇIQLAMA
Vilayət Eyvazov kollegiya iclasında polisə ciddi tapşırıqlar verdi - "Çevik reaksiya verin" - FOTO
Abşeronda əyləci çəkib “şou” göstərən sürücü cərimələndi + vəsiqəsiz qaldı - VİDEO
Polis gücləndirilmiş rejimdə xidmətini davam etdirir - VİDEO
Bakıya qar yağır, bu yollarda hərəkət çətinləşdi - Yol polisi tədbirlər görür - FOTO - VİDEO
Əlverişsiz hava və yol şəraiti ilə bağlı DYP-dən ÇAĞIRIŞ
20 Yanvarla bağlı bu küçələrdə hərəkət məhdudlaşdırılacaq - DYP
Ağsu dolaylarında hərəkət təhlükəsizliyi təmin olunur, yollar açıqdır - FOTO - VİDEO
DİN-in şəxsi heyəti 20 Yanvar şəhidlərinin xatirəsini yad edib - FOTO - VİDEO











