Rəis müavini baş redaktoru həbs etdirmək istəyir

Cəlilabad rayon Polis Şöbəsinin rəis müavini Eldar Səfərov Criminal.az saytının baş redaktoru Anar Məmmədovu məhkəməyə verib. ''Qaynarinfo"-nun məlumatına görə, bu barədə jurnalistin özü facebook profilində yazıb. A.Məmmədov saytımıza açılamasında bildirdi ki, Eldar Səfərov onun barəsində Yasamal rayon Məhkəməsində xüsusi isttiham qaydasında iddia qaldırıb. ''Məhkəməyə verilməyimi Eldar Səfərovun özü dedi. Bildirdi ki, barəmdə cinayət işinin qaldırılmasını istəyir. Güya ötən il noyabrın 26-da criminal.az saytında yazdığım yazıda ona böhtan atmışam. Halbuki həmin yazıda söhbət narkotik satan şəxslərin Eldar Səfərov tərəfindən himayə olunması ilə bağlı iddiadan gedir. Yazıda vurğulamışıq ki, şikayətçi iddiasına görə narkotik satan Vüqar Atayevin himayədarı məhz rəis müavininin özüdür. Məsələ ilə bağlı Eldar müəllimin özü ilə də əlaqə saxlanılmışdı. O isə ''Vüqar Atayev adlı adam tanımıram'' deyərək telefonu qapatmışdı. Bu gün isə eşidirəm ki, barəmdə cinayət işinin açılmasını istəyir''.
Məhkəmə iclasının vaxtı hələlik məlum deyil.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












