Rəis oğlunun "Porsche" ilə üstündən keçdiyi şəxs kimdir?

İyulun 19-na keçən gecə Bakı şəhər Sabunçu rayonu ərazisində - Heydər Əliyev prospektində “Porsche Cayenne” markalı, 90 HR 440 dövlət nömrə nişanlı avtomobilin altında qalaraq ölən şəxsin kimliyi müəyyənləşib. Avtosfer.az xəbər verir ki, bu barədə lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Sabunçu dairəsi yaxınlığında – SOCAR yanacaqdoldurma məntəqəsinin qarşısında 90 SR 544 dövlət nömrə nişanlı “Mercedes Sprinter” markalı mikroavtobusun vurub 1993-cü il təvəllüdlü Kərimov Əhəd Hikmət oğlunun sürdüyü "Porsche"nin altına atdığı piyadanın 1975-ci il təvəllüdlü Musayev Mirmehdi Soltanəli oğlu olması müəyyən edilib. Onun meyiti ailəsinə təhvil verilib.
Qeyd edək ki, “Porsche”ni idarə edən 24 yaşlı Əhəd Kərimov BDYPİ-nin İstintaq şöbəsinin keçmiş rəisi, hazırda Şirvan şəhər Polis İdarəsinin Təhqiqat şöbəsinin rəisi vəzifəsində çalışan polis polkovnik-leytenantı Hikmət Kərimovun oğludur.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












