Reyd keçirilib - İsmayıllıda

İsmayıllı rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin və Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Göyçay regional şöbəsinin əməkdaşları İsmayıllı rayonu ərazisində avtomobil yollarında təhlükəsizliyin təmin edilməsi və avtoqəzaların qarşısının alınması məqsədilə reyd keçiriblər.
Avtosfer.az xəbər verir ki, bu barədə apa-nın yerli bürosunun xəbərinə, İsmayıllı şəhərinin Heydər Əliyev prospekti və Nizami küçəsində təşkil olunan reyd zamanı hədəf sərnişin avtobusları olub.
Reyd zamanı sərnişin avtobuslarının təmizliyi, fərqlənmə nişanları, texniki müayinə, biletli və biletsiz sərnişinlərin yoxlanılması və marşrut xətlərinə nəzarət edilib. Yol polisi əməkdaşları ilə avtomobil nəqliyyatı işçilərinin birgə reydin keçirilməsinə son zamanlarda respublika ərazisində sərnişin avtobuslarının iştirakı ilə baş verən yol nəqliyyat hadisələrinin sayının artması və sərnişinlərin təhlükəsizliyinin təmin edilməməsi səbəb olub.
Asayiş keşikçilərinin apardığı yoxlamalar zamanı 7 sərnişin avtobusu saxlanılıb, 2 avtobusda natəmizlik, 2 avtobusda biletsiz sərnişin daşınması faktı aşkar olunub. Saxlanılan avtobus sürücülərinə müəyyən göstərişlər verilib. Bu cür reydlərin mütəmadi olaraq davam etdirilməsi nəzərdə tutulur.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












