Reyd zamanı 48 sürücüyə protokol yazıldı - FOTO-VİDEO

Şirvan şəhərində sahibkarlıq fəaliyyəti ilə məşğul olan avtonəqliyyat vasitələri sürücüləri ilə bağlı keçirilən reyd zamanı 48 avtonəqliyyat vasitəsi barəsində inzibati cəza tətbiq edilib. Avtosfer.az apa-ya istinadən xəbər verir ki, Şirvan şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsi və Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Şirvan regional bölməsinin birgə keçirdiyi reyd zamanı sahibkarlıq fəaliyyəti ilə məşğul olan 48 avtonəqliyyat vasitəsinin idarə olunmasında qanun pozuntusu aşkar edilib. Keçirilən reyd zamanı qeyri-qanuni taksi fəaliyyəti ilə məşğul olan 19 sürücü, qanunsuz yükdaşıma ilə məşğul olan 21 sürücü və sərnişindaşıma qaydalarını pozan 8 avtobus sürücüsü barəsində inzibati protokollar yazılıb. Qeyd edilən avtomobillərin sürücülərinə qarşı cərimə sanksiyaları tətbiq edilib.
Növbətin reydlərin Hacıqabul və Sabirabad rayonlarında keçirilməsi nəzərdə tutulur.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
















