Reyd zamanı yolda qalan sərnişinlər polisin üstünə yeridilər - VİDEO

Mingəçevir şəhər Dövlət Yol Polisi Bölməsinin əməkdaşları yol hərəkəti qaydalarını, eləcə də qanundan irəli gələn digər tələbləri pozan sürücülərə qarşı reyd keçiriblər. Avtosfer.az EL TV-yə istinadən xəbər verir ki, həyata keçirilən tədbirlər zamanı avtomobillərin texniki vəziyyətinə qanundan kənar müdaxilə edən, nəqliyyat vasitələrinin ön, arxa, habelə yan şüşələrində görməni məhdudlaşdıran vasitələr quraşdıran, sürücülük hüququ olmadan avtomaşını idarə edən sürücülər saxlanılıb. Alkoqollu içki qəbul edərək sükan arxasına əyləşən sürücülər barəsində də müvafiq tədbirlər görülüb.
Həmçinin sərnişindaşıma zamanı avtobusa nəzərdə tutulduğundan artıq sərnişin mindirən sürücülərə qarşıda cərimələr tətbiq olunub. Reyd zamanı avtobusda gözləməli olan sərnişinlər polisə narazılıqlarını bildiriblər, onlar avtobusdan düşərək polisdən açıqlama tələb ediblər.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












